Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılmasını alqışlayır. SİA-nın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
O, döyüş əməliyyatlarının dayandırılması faktını yüksək qiymətləndirdiyini bildirib: "Bu, Rusiya və Azərbaycan prezidentiləri, Ermənistanın baş naziri arasında müvafiq bəyanat imzalamasından sonra mümkün oldu. Biz regionda sülhün bərqərar olmasında və qan tökülməsinin dayandırılmasına gətirib çıxaran bütün addımları alqışlayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB