Metyu Brayza “Eurovision-2011” mahnı müsabiqəsində qazanılan qələbə münasibəti Azərbaycan xalqını təbrik edib

Metyu Brayza “Eurovision-2011” mahnı müsabiqəsində qazanılan qələbə münasibəti Azərbaycan xalqını təbrik edib

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza "Eurovision-2011" mahnı müsabiqəsində qazanılan möhtəşəm qələbə münasibəti ölkəmizin təmsilçiləri- Eldar Qasımov və Nigar Camalı, o cümlədən bütün Azərbaycan xalqını təbrik edib.

SİA-nın xəbərinə görə, ABŞ səfirliyinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən təbrikdə deyilir: "Eldarı, Nigarı və bütün Azərbaycanı təbrik edirik! Gözəl mahnı və möhtəşəm ifa – bizim tanıdığımız və sevdiyimiz gözəl və istedadlı Azərbaycan. Kim bilir, bəlkə bir gün Avroviziya dünya miqyaslı yarışma olaraq amerikalıların qatıla biləcəyi bir müsabiqəyə çevriləcək...Bu məqamdə isə bütün Avropanın Azərbaycanı mədənı birlik və tərəfdaşlıq ovqatı ilə sinəsinə sıxaraq bizlərə yaşatdıqları sevınc anlarını sizinlə birgə qeyd edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə