Sentyabrın 27-dən bəri Qarabağda Azərbaycanla Ermənistan arasında şiddətli döyüşlər gedir. Azərbaycan işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatı aparır. Erməni tərəfi, beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində çox sayda silah yerləşdirməsinə baxmayaraq saysız-hesabsız itkilər verir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi ilə bağlı əvvəlki əksər toqquşmalardan fərqli olaraq indiki münaqişədə müasir silahlardan istifadə edilir.
“Jamestown” nəşri Azərbaycan hərbçilərinin döyüş meydanında üstünlüyə sahib olduğunu yazır. Qeyd olunur ki, döyüş meydanında çox sayda müasir silahların istifadəsi Azərbaycanın taktiki imkanlarını əhəmiyyətli dərəcədə artırıb, eyni zamanda potensial insan itkilərini məhdudlaşdırıb. Bundan əlavə, Azərbaycanın taktiki üstünlükləri, yenilikləri Ermənistanın hava hücumundan müdafiə sisteminin imkanlarını daha da sarsıdıb. Doğrudur, müharibənin ilk günlərindən cəbhədə PUA-nın istifadəsi üstünlüklər yaradır, lakin Azərbaycanın uğuru təkcə qabaqcıl texnologiya ilə deyil, həm də üstün taktikalar sayəsində baş verir. Azərbaycan yeni bir hərbi strategiyadan istifadə edərək, Ermənistanın möhkəmləndirilmiş müdafiə xəttlərinə, istehkamlarına qarşı intensiv və dəqiq artilleriya zərbələri endirir. Bu yanaşma da göründüyü kimi, insan, canlı qüvvə itkilərini azaldır və bir sıra gözlənilməz halları aradan qaldırır.
Bu günə qədər Azərbaycan Ordusu bütün istiqamətlərdə durmadan irəliləyib. Azərbaycan Silahlı Qüvvələri Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, elcəcə də bu rayonların çoxlu sayda kəndlərini, digər yaşayış məntəqələrini də azad edib, beləliklə 30 ilə yaxın bir müddətdə ilk dəfə İran-Azərbaycan sərhədinə tam nəzarət təmin edilib. Ermənistana məxsus bir sıra mətbuat səhifələri yazır ki, Azərbaycan hərbçiləri indi Şuşa, qondarma respublikanın paytaxtı Xankəndinin azad olmasına yaxındırlar. Əslində isə, bu, indiyə qədər gizlədilən informasiyalar fonunda belə, Azərbaycanın uğurlarının, qələbəsinin etirafıdır.
Xarici güclər münaqişəyə qarışmadıqca, Azərbaycanın döyüş impulsu dəyişməz qalacaq. Bu o deməkdir ki, gələcək atəşkəs yalnız Bakının şərtləri ilə bağlanacaqdır. Necə deyərlər, güclü tərəf şərtləri diqtə etdiyi kimi, bundan sonra da şərti qoyan məhz Azərbaycan olacaq və o şərtlərin də ilk əvvəldən nə olduğu bəllidir.
Göründüyü kimi, bütün üstünlüklər Azərbaycan tərəfinə məxsusdur. Ən strateji yüksəkliklər ələ keçirilib, düşmənin 30 il müddətində qurulan istehkamları dağıdılıb və Azərbaycan Ordusu döyüşə nəzarət edir. Hər gün ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyev müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi yeni-yeni əraziləri elan edir, Azərbaycanın döyüş meydanında uğurlarını bəyan edir. Döyüş meydanında düşmənin istər canlı qüvvə, istər hərbi texnika, istər silah-sursat itgisini əks etdirən videogörüntülər də deyilənləri təsdiq edir. Bunu beynəlxalq müşahidəçilər də etiraf edirlər və hətta bir sıra hərbi ekspertlər Azərbaycanın ən yaxın zamanda mütləq qələbə əldə edəcəyini təsdiqləyirlər. Bir sözlə, reallıq, bizim qələbəmiz göz önündədir və bu faktlarda da öz əksini tapır.
Düşmən itgilər verməkdə davam edir. Artıq canlı qüvvə, hərbi texnika tapılmır ki, cəbhə xəttinə, döyüş bölgəsinə göndərilsin. Ötən əsrin ortalarından qalan silah, sursatı ermənilər istifadə edir. Ona görə ki, bu silahlar onların ödənişi müqabilində əldə edilməyib. Cənab Prezidentimizin də qeyd etdiyi kimi, çox kasıb, rəzalət içərisində olan Ermənistanın bu silahları almağa maddi imkanı yoxdur. Məhz ödəniş müqabilində deyil, hanısısa şərtlər daxilində göndərilən Rusiya istehsalı olan silahlara əlbəttə ki, ermənilər hansısa tələb qoya bilməzlər. Bu baxımdan da ruslar cürbəcür xəlvət yollarla ermənilərə silah-sursat ötürə bilərlər, amma, necə deyərlər pulsuz olaraq bu ötürdükləri dünya bazarına çıxarılacaq silahlar ola bilməz. Çünki, müasir silahları Rusiya da dünya bazarına ixrac edir və satılmayan köhnəlmiş silahlar Ermənistan kimi bir işğalçı ölkəyə göndərilir və bu da həmin ölkənin daha da asılı vəziyyətə salınmasını təmin etmək məqsədi daşıyır.
Ola bilsin ki, ermənilər rusların bu ödənişsiz əsaslarla, özü də xəlvət yollarla silah otürməsindən hələ də ruhlanırlar. Amma dərk etmirlər ki, əvvəla bu silahlar Azərbaycan Ordusunun silahlanması ilə müqaisə oluna bilməz. Digər tərəfdən də bu silahların da əvvəlkilər kimi ən qısa zamanda sıradan çıxarılacağını kimsə təkzib edə bilməz və yenə də ermənilərin gözləri göyə dikiləcək ki, görsünlər başlarına nə yağır. Belə olan halda, bu silahlar ermənilərin özlərini qırır, rəqiblərini yox. Çünki, döyüş meydanında silah baxımından da üstünlüyü Azərbaycan ələ alıbsa, deməli, bu silahlarla onlar özlərinə hökm kəsmiş olurlar. Ölüm hökmü.
Ermənistanın siyasi rəhbərliyi, işğalçı ölkənin hakimiyyəti vətəndaşlarını qırğına verir. Bilərəkdən məhv olmasına göz yumur. Hətta bu qırğının təşkilatçısı kimi durmadan çalışır. Bilə-bilə ki, hərbi-texnika təchizat, iqtisadi imkanlar, potensial baxımından Azərbaycan dəfələrlə üstünlüyə malikdir, hələ də erməni xalqı deyilən kütləyə bu ölkənin hakim dairələrinin yazığı gəlmir. Onlara aldadıcı məlumatlar verərək qələbələr vəd edirlər, halbuki, bilirlər ki, mütləq şəkildə qələbə Azərbaycana məxsusdur və bundan qaçılası deyil. Səbəb də öz hakimiyyətlərinin müddətini bir az da uzatmaqdır. Necə deyərlər, suda boğulan saman çöpünə də əl uzadar. İndi Ermənistan rəhbərliyinin lazımsız, vaxtı keçmiş silahlara əl üzatması da bu mənadadır. Çünki, başda Nikol Paşinyan olmaqla, bütün səlahiyyətlilərin “humanitar yardım” təyyarələrində gətirilən “yardıma” əl uzatmaları çarəsiz böğulmaları səbəbindəndir. Əslində isə, Ermənistan hakimiyyəti dək etməlidir ki, saman çöpü xilas yolu olmadığı kimi, aldıqları dırnaqası “humanitar yardım” da onlar üçün xilas yolu deyil.
Bir tərəfdən də, qondarma rejim rəhbərliyinin Dağlıq Qarabağdan qaçan, xəstə təxəyyüllü “başbilənlərdən” canını qurtaran erməni səlahiyyətlilərinin vəzifələrindən azad edilməsi əmrindən tutmuş, yolların bağlanılmasına, Ermənistan sakinlərinin, bütün ermənilərin səfərbərlik çağırışlarına qədər bütün addımları məhz xalqın, böyük kütlənin qırğını deməkdir ki, hazırki Ermənistan hakimiyyəti buna gözünü qırpmadan gedir. Araik Arutyunyan Dağlıq Qarabağdan İrəvana köçən sakinləri xəyanətkar adlandırdığı halda, öz dırnaqarası hakimiyyətinin qərargahını İrəvana daşıyıbsa, bu işğalçılara qaniçən adından başqa nə ad qoymaq olar?
Cəbhə xəttinə, döyüşə erməni qadınlarının da getdiyi faktları var və əslində bunu Paşinyan hakimiyyəti özü bəyan edir, hətta utanmadan bununla lovğalanır da. Bəzi erməni yazarlar, politoloqlar da üz tutur erməni kişilərinə və bunun onlar üşün utancverici olduğunu yazırlar. Ermənistana məxsus mətbuat səhifələri belə yazılarla doludur və hər yazıda erməni kişisinə erməni qadını nümunə çəkilir. Cənab Prezidentimiz demişkən, görün biz hansı düşmənlə üz-üzəyik... Sözün əsl mənasında, qadınını qabağa verən düşmənlə, şərəfsizlə üz-üzə gəlmək çox çətin məsələdir, amma, müzakirə mövzusu başqa bir məsələdir. Müzakirə mövzusu düşmənin öz qadınları, qoca, yaşlı vətəndaşları, hətta yeniyetmə uşaqları belə döyüşə səfərbər etməsi kimi qaniçən siması, daha doğrusu simasızlığıdır. Bu simasızlıqla erməni xislətinə müvafiq şəkildə insanlar, “böyük Ermənistan” kimi bir xəstə təxəyyülə qurban verilir, qırğınına da göz yumulur. Özgə torpaqlarının zəbt edilməsi, işğal edilməsi yolunda anaları gözü yaşlı qoyan faşist niyyətlilər, indi həta ən ucuz məqama, bir kreslo, vəzifə üçün bütün xalqın varlığını qumara qoyub. Qarabağın əldə getdiyi an hakimiyyətinin əlindən çıxacağını bilən Paşinyan və onun komandası bir gün belə hakimiyyətdə qalmaq üçün yüzlərlə Ermənistan vətəndaşının canına qıyır. Bir necə gün hakimiyyətini saxlamaq üçün vətəndaşlarını qırğına verməklə də saman çöpündən yapışır bu erməni səlahiyyətliləri. Çünki, heç bir halda onların boğulmasının qarşısı alınan deyil. “Bəlkə də qaytardılar” düşüncəsində olanlar yanılırlar. Azərbaycan tərəfi öz torpaqlarını, özü də işğal olunmuş torpaqlarını işğalçılardan geri alır, bu haqq yoludur və geriyə yol yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB