Azərbaycanın öz torpaqlarını uğurla və artıq bir addım belə çəkilmədən azad etməsi Ermənistanda elitalar, təbəqələr arasındakı çəkişmələri, narazılıqları bir az da alovlandırıb. Bu işğalçı ölkənin siyasi sistemi özü-özünü tamamilə məhv etməkdədir. Yeni bir sistemin inşası isə bu işğalçı ölkə üçün nəinki çətin, praktik olaraq qeyri-mümkün olacaq. Səbəb isə, quduz şəkildə otuz ildir ümumiyyətlə heç bir iş görmədən, yalnız işğal faktına söykənən fəlsəfənin erməni cəmiyyətini sarması ilə yanaşı, bu ölkənin siyasi sisteminin də bu işğalçılığı dövlət səviyyəsində qəbul etməsi hesab olunur.
İrəvanın siyasətçiləri istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə Ermənistanı inkişaf etmiş bir demokratiya ocağı kimi sırımağı, guya tayı-bərabəri olmayan demokratik ölkə qurduqlarını göstərməyi, bununla da lovğalanmağı adıt etdilər və bundan başqa fəaliyyət ortada yoxdur. Baxmayaraq ki, söz azadlığı, fikir, ifadə azadlığı, elə məhz demokratiyann pozulması üçün bu ölkədə rəsmi, hüquqi baza belə yaradıldı və çoxluğun hakimiyyətindən söhbət belə gedə bilməz bu erməni deyilən toplum hələ də lovğalanmaqdan çəkinmədi və bununla da işğalçı ölkənin siyasi sistemi işini bitmiş hesab etdi.
Sərbəst fikir rəqabətini boğan, söz azadlığı olmayan ən dəhşətli avtoritar rejimlərdən belə daha ağır rejim Ermənistan üçün çoxdan ağır nəticələr vəd edirdi və biz bunun nəticələrini görməkdəyik. Elə erməni cəmiyyəti üçün də məsələ aydın olub və hələ də “kor tutduğunu buraxmayan kimi” özlərini demokrat kimi göstərməklə bu sistem işini yekunlaşdırmış hesab edir və bununla da elə zənn edir ki, bütün dünya, ələlxüsus demokratik ölkələr iş-gücünü, daxili problemlərini unudub, Ermənistanı himayə etməlidir. Nəinki himayə etməli, bu erməni sindromlular elə hesab edirlər ki, həmin o ölkələr ermənilərin yalanlarını düz kimi müdafiə etməli, haqsız işinə haqq qazandırmalı, qanunsuzluğunu dəstəkləməli, özlərini də qaldırıb çiyinlərində oturtmalıdırlar və deməlidirlər ki, bəs ay ermənilər siz narahat olmayın, sizin bütün problərinizi həll etməyə başlamışıq.
Uzun müddətdir Rusiyanın dəstəyi ilə ayaqda duran, haqsız olduqları halda beynəlxalq qurumların təsirlərini görməyən ermənilər o qədər azğınlaşıblar ki, hələ də dünyaya tələblər irəli sürür, sanki, hamını özlərinə borclu bilirlər. Az qala 30 ilə yaxın müddətdə Dağlıq Qarabağla bağlı münaqişənin həllini üzadan və bundan da razı qalan Ermənistan hakimiyyəti indi vəziyyətin dəyişməsindən başını itirib. Status-kvo deyə bar-bar bağıran ölkənin dərdi ona görə artıb ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu status-kvonu darmadağın edib. Şərtlər irəli sürməyə həsasızlıqla cəhd edənlərə Azərbaycan tərəfi döyüşlərdə şərti özü qoyur və ümumiyyətlə şərtlər tamamilə dəyişib və bu işğalçı ölkə özü şərt qarısında qalıb.
Ermənistanın siyasi həyatında tamamilə qaranlıq bir mənzərə görünür. Ermənistanın siyasi həyatının ən geridə qalmış Afrika ölkələrinin həyatına bənzədiyi göz qabağındadır. Fakt budur ki, erməni siyasi icması daxilində praktik olaraq ideologiya və cəmiyyətin inkişaf yolları barədə heç bir müzakirə aparılmır. Özünü demokratik, inkişaf etmiş ölkə kimi sırıyan ermənilər bilmlidirlər ki, inkişaf etmiş ölkələrdə sol və sağ liberallar və mühafizəkarlar, sosial təminat tərəfdarları öz aralarında mübahisə və müzakirələr edirlər. Ermənistanda isə prinsipcə bunlardan heç biri yoxdur. Əksinə, hakimiyyət bümayəndələrinin qərarlarının müzakirəsi belə, bu qərarlara münasibət belə qanunla qadağan olunub. Hətta buna görə rəsmi şəkildə cəza tədbirləri nəzərdə tutulur ki, buna da hüquqi baza yaradılıb. Bir sözlə, demokratiya ilə Ermənistan arasında böyük bir uçurum var və bu məhz Ermənistanın siyasi mənzərədir. Bu mənzərə də öz növbəsində məhv olan siyasi sistem deməkdir.
Məhz inkişaf etmiş demokratik ölkələrdə dövlətin liderləri dəyişdirilir, hakim partiya müxalifətə yol verir və özü müxalifətə keçir, sonra yeni partiyalar meydana çıxır, onlar da liderlərin kreslolarına can atırlar. Üstəlik, bu həmişə seçki yolu ilə, bəzən kütləvi etirazlar, ultimatumlar və hətta etirazçılar ilə hüquq-mühafizə orqanları arasında toqquşmalar yolu ilə baş vermir. Ümumiyyətlə, həyat kənarda qaynayır. Yalnız heç bir siyasi qüvvə insanlara gələcəyə dair hər hansı bir anlaşıqlı görüntü təqdim etmir. Ermənistanın siyasi sistemi isə Sovet İttifaqının dağılmasından sonra uzun illər ermənilərin uydurması, Nikol Paşinyanın da səsləndirdiyi “Çar Tiqran” dövrünün "böyük Ermənistanı" ilə bağlı tarixi miflərin ətrafında dolaşır. Olmayan bir ölkəni necə qaytarmaq olar? Mövcudluğu dövründə dəniz görməyən haylar dənizdən dənizə bir əraziyə dair iddiaları özləri qədər gülünc səslənir. Dünya ictimaiyyətindən bir damla göz yaşı qoparmaq üçün dırnaqarası “erməni soyqırımı” uyduranlar indi yenə bu mövzuya toxunmaq üçün əldən-ayaqdan gedirlər. Amma boş-boşuna bağırmaqla buna nail olunacağını düşünənlər xəstə təxəyyüllərini ortaya qoymuş olur.
İndi Azərbaycan Ordusu beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa etdikcə, erməni təbəqələri arasındakı bütün bu mübahisələr heç bir məna kəsb etmir. Birincisi, daha genişlənmə olmadıqda, bunun mümkünsüzlüyü sübut edildiyində, yekunda bu xəstə təxəyyül süquta uğradıqda hansı "böyük Ermənistan" dan dəm vurmaq olar? Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinin, məğlubiyyətlərinin, əraziləri, hətta hərbi texnikanı, silah sursatı qoyub qaçmalarının fonunda Paşinyan və onunla eyni xəstə təxəyyülü bölüşənlər bu təxəyyülə inandırdıqları kütləyə indi nə cavab verəcəklər? Bundan sonra hansı Ermənistandan danışacaqlar, böyük yoxsa çılız? Yaxud, hansı üzlə və nə danışacaqlar? Ən əsası isə indi dünməlidirlər ki, adi işçilər necə yaşaya biləcəklər bu səfalət içinə saldıqları Ermənistanda? Bu rəzil duruma düşən ölkədə vətəndaşlar ailələrini nə ilə dolandıracaqlar? Dövlət kimə və hansı gücü ilə kömək edəcək, hansı iş yerləri açacaq hər sahəsi dağılmış ölkədə? Hələ ki, erməni siyasətçilərdən heç biri bu suallara cavab verə bilmir. Bilməyəcək də. Məhv olmaqda olan siyasi sistemdə, rəzalət işində olan ölkədə bu suallar cavab vermək etiraf edək ki, heç də asan deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB