Baydendən Trampa ermənipərəst çağırış FOTOFAKT

ABŞ-da prezident seçkiləri ərəfəsində demokratlardan əsas namizəd olan Co Bayden aşkar ermənipərəst mövqeyini ortaya qoymaqla ölkə rəhbərliyinə müraciət edib. SİA xəbər verir ki, Amerikanın erməni lobbisindən ciddi dəstək alan Bayden Tramp administrasiyasına göndərdiyi məktubunda Dağlıq Qarabağda Azərbaycanın haqlı və ədalətli mübarizəsinə qarşı çıxdığını gizlətməyib və qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağda irəliləyişinin qarşısı alınmalıdır. “Azərbaycan ordusunun Qarabağda irəliləyişinin qarşısını almağa, 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağa çağırıram”, deyə yazılan məktubda ermənipərəst namizəd bununla ermənilərdən dəstək alacağına ümid edib.

Bu arada, ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlılar və güclü yəhudi lobbisi, həmçinin, türklər Baydenin namizədliyinə qarşıdırlar. Kifayət qədər ehtimal olunur ki, onlar məhz Donald Trampa səs verəcəklər. Əbəs deyil ki, Trampın seçki kampaniyaları uğurlu keçirilib və Baydendən fərqli olaraq onunla görüşə on minlərlə insanlar can atırlar. Baydenin seçki kampaniyasında və seçicilərlə görüşlərində eyni hal müşahidə olunmur.

Xatırladaq ki, Donald Tramp da daha əvvəlki prezidentlər kimi, müxtəlif vaxtlardakı çıxış və müraciətlərində ermənilərin gözlədikləri “soyqırımı” ifadəsini işlətməyərək, onları pəjmürdə edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...