İsveçdəki soydaşlarımız “Eurovision 2011” müsabiqəsində Azərbaycan duetinin qələbəsini qeyd ediblər- FOTO

İsveçdəki soydaşlarımız “Eurovision 2011” müsabiqəsində Azərbaycan duetinin qələbəsini qeyd ediblər- FOTO

İsveçdəki soydaşlarımız "Eurovision-2011" müsabiqəsində Azərbaycan duetinin qələbəsini qeyd ediblər. SİA AzərTac-a istinadən məlumat verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfirliyindən bildirilib.

"Eurovision 2011" musiqi müsabiqəsinin final mərhələsindən İsveç televiziyasının canlı yayımı bitdikdən sonra Stokholmda yaşayan azərbaycanlılar Eldar və Nigar duetinin birinci yeri tutması münasibətilə sevinclərini ifadə etmək üçün şəhərin mərkəzi meydanı Selqerrstora toplaşıblar.

Stokholm vaxtı ilə saat 1:00-da 100 nəfərdən çox soydaşımız Azərbaycan bayraqlarını dalqalandıraraq "Azərbaycan, Azərbaycan" şüarını səsləndirməklə qələbə şənliyi keçiriblər. Sonra onlar nəqliyyat vasitələrinə Azərbaycan bayraqları asaraq Stokholmun mərkəzi küçələrindən keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə