Eks-prezidentlər nədən danışıblar?

Ermənistan və Dağlıq Qarabağın keçmiş prezidentləri ilk dəfə Qarabağ məsələsi ilə tək bir görüş keçiriblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan informasiya yayıb.

İnformasiyaya əsasən, Dağlıq Qarabağda və Ermənistandakı həyəcan verici vəziyyətlə əlaqədar olaraq Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın iştirakı ilə məsləhətləşmə keçirilib. Həmçinin bildirilir ki, qondarma Dağlıq Qarabağın da qondarma keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyanın məsləhətləşmələrdə iştirak edib.

Xatırladaq ki, keçmiş prezidentlər ilk dəfə eyni masada görüşürlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə