“Ermənilər məhv olacaqlarını başa düşdüklərindən qaçırlar” RƏY - ÖZƏL

“Ermənilər məhv olacaqlarını başa düşdüklərindən qaçırlar” RƏY - ÖZƏL

“27 sentyabrda Azərbaycan ordusunun erməni təxribatına cavab olaraq əks hücüm əməliyyatına başladığı andan Paşinyan artıq məğlub olduqlarını dərk etmişdir. Sadəcə hərbi məğlubiyyətdən yaxa qurtarmağın yolunu xarici havadarlarının hazırkı duruma müdaxilə etmələrində görən Paşinyan dayanmadan Qərb liderlərinə zəng edib yalvarmaqla məşğuldur”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Paşinyan yaxşı dərk edir ki, Ermənistanın hərbi-iqtisadi gücü Azərbaycanın zərbələrinə tab gətirməyəcək və qısa müddətdə erməni ordusu məğlub duruma düşərək işğal olunmuş ərazilərdən qaçacaqlar: “Hal-hazırda da erməni ordusunda fərarilik və döyüş postlarını qoyub qaçmaq hallarına rast gəlinir. Ancaq çox az müddətdən sonra bu kütləvi xarakter alacaqdır. Artıq erməni ordusunu xilas edə bilməyəcəyini Paşinyan yaxşı başa düşür. Ermənistanın iqtisadiyyatı və insan resursları da buna imkan vermir. Müxtəlif ölkələrdən gətirdikləri muzdlular isə XXI əsrin ordularından olan müasir Azərbaycan ordusunun qarşısında çox acizdirlər. Bu baxımdan onlar məhv olacaqlarını başa düşdüklərindən qaçırlar. Bu faktı artıq Rusiyanın "Novaya qazeta" nəşrinin müxbiri də təsdiqləyib. Paşinyan xarci ölkə rəhbərlərinə yalvarmaqla xilas yolunu iki variantda görür. Birinci variant xarici müdaxilə hansıkı KTMT üzv kimi Rusiyanı münaqişəyə cəlb etmək. Bu variant artıq alınmadı, dünən Rusiya prezidenti Vladimir Putin açıq şəkildə erməniləri məyus edərək bəyan etdi ki, Azərbaycan öz ərazisində döyüş əməliyyatı aparır. İkinci variant isə ermənilərin köhnə siyasətləri. Özlərini yazıq, məzlum, təcavüzə məruz qalan tərəf kimi göstərməklə digər güclü dövlətlərin himayəsindən bəhrələnmək. Ancaq bu variant da artıq işə yaramır. Düzdür biz erməni tərəfkeşliyi edən ölkələrin bəyanatlarını izləyirik. Ancaq hesab edirəm ki, bu bəyanatlar elə kağız üzərində də qalacaqdır. Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir və məqsəd ərazi bütövlüyünün bərpa edilməsidir. Xatırladım ki, bəyanat verən ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə rəsmi şəkildə dəstəkləyiblər. Bundan əlavə qardaş Türkiyə və dost Pakistan dövlətlərinin Azərbaycanın haqq işini dəstəkləməsi əksər dünya dövlətlərinin anti-Azərbaycan mövqeyinin qarşısını bir sədd olaraq kəsib. Bütün bunlarla yanaşı öz sözünü bu gün Azərbaycanın qətiyyətli Ali Baş Komandanı İlham Əliyev və şanlı Azərbaycan ordusu deyir. Artıq erməni yalvarışları onların acı məğlubiyyətlərinin fonunda yalvarışa keçmişdir. Cənab Ali Baş Komandan xarici telekanallara müsahibəsində qeyd etdiyi kimi, Paşinyan artıq atəşkəs deyərək yalvarır. Qələbə Azərbaycanındır. Qarabağ Azərbaycandır!”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə