Məğlubiyyətlə bağlı həyəcan təbili çalırlar erməni hərbi ekspertləri

Məğlubiyyətlə bağlı həyəcan təbili çalırlar erməni hərbi ekspertləri

Ermənistanın məğlubiyyət qarşısında qaldığı reallığı artıq dolayısı ilə etiraf olunur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hərbi ekspert Karen Vrtanesyan öz Facebook səhifəsində bütün erməni toplumuna çağırış edib və ölkəsinin məğlubiyyətlə üz-üzə qaldığı barədə həyəçan təbili çalıb.

"Səhər saatlarında bir çox insan müharibənin Facebook sosial şəbəkəsində paylaşma və ya romantik bir şey olmadığını anlamağa başladı. Şiddətli döyüşlər gedir. Əvvəla, səlahiyyətlilər mümkün qədər tez bir zamanda bundan sonra dərhal real iş görülməlidir. Digər tərəfdən də həmin səlahiyyətlilər vətəndaşlara sonrakı hərəkətləri ilə bağlı dəqiq təlimat verməlidirlər. Hər kəsi şəxsi ambisiyaları, hakimiyyətə can atmağı və bütün digər uşaq oyunlarını kənara qoymağa çağırıram", deyə Karen Vrdanesyan öz səhifəsində yazıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə