Milli Məclisin üzvləri Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür

Milli Məclisin üzvləri Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür
Milli Məclisin sədri və deputatlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsait köçürür. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər. Azərbaycan Respublikasının Milli Məclisi olaraq rəşadətli və müzəffər ordumuzun vətən müharibəsində böyük qələbəsinə əminik! Qarabağ Azərbaycandır!
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə