“Ermənistan münaqişənin həlli istiqamətində bütün sülh danışıqlarına son qoyub” Azərbaycanın Braziliyadakı səfiri

“Ermənistan münaqişənin həlli istiqamətində bütün sülh danışıqlarına son qoyub” Azərbaycanın Braziliyadakı səfiri

Braziliyanın nüfuzlu "TV Comunitaria" telekanalında səfir Elxan Poluxovun Azərbaycana həsr edilmiş müsahibəsi dünən efirə gedib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müsahibə çərçivəsində Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub.
Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb.
Qeyd olunub ki Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlarına son qoyub və bu təcavüzkar siyasətin davamıdır.
Səfir vurğulayıb ki, bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır. O, dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.
Azərbaycanın danışıqları yalnız danışıq məqsədləri üçün aparmaqdan imtina etdiyi mövqe də tamaşaçıların nəzərinə çatdırılıb.
Televiziya kanalında 30 dəqiqə davam edən müsahibə Braziliyanın geniş auditoriyasının diqqətini çəkib və ölkəmiz haqqında gedən silsilə proqramların növbəti bir hissəsi olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə