Bəxtiyar Sadıqov: ““Freedom House” kimi təşkilatlar hesabatlarını dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar” - AÇIQLAMA

Bəxtiyar Sadıqov: ““Freedom House” kimi təşkilatlar hesabatlarını dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar” - AÇIQLAMA
"Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bu sözləri SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov sözügedən təşkilatının dünyada mətbuatın vəziyyəti ilə bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib. Təşkilatı ermənilərin nəzarətində olan qurumlardan biri adlandıran baş redaktor bildirib ki, "Freedom House" kimi qərəzli bir təşkilat ermənilərin maliyyə dəstəyi ilə işləyir.

Onun sözlərinə görə, məhz bu səbəbdən də təşkilat ölkəmizdə mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir. Millət vəkili vurğulayıb ki, "Freedom House" kimi təşkilatlar hesabatlarını Azərbaycanda adını müstəqil qoyan və əslində Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar.

"Həmin hüquq müdafiəçiləri və QHT-lər "Freedom House" kimi qurumlardan qrant almaq üçün reallığı deyil, həmin qurumlara xoş gələn, onların maraqlarını təmin edən arayışlar hazırlayırlar. Əslində bir dəfə bir arayış hazırlanıb və hər dəfə növbəti hesaebatın vaxtı çatanda əvvəlki arayış götürülür və yenidən onun əsasında hesabat hazırlanır. Təşkilatı artıq neçə ildir ki, Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı bu cür hesabatlar hazırlayır və keçən müddət ərzində mətbuatın inkişafı sahəsində kifayət qədər uğur əldə olunsa da, hesabatlar olduğu kimi təkrar olunur",- deyə B.Sadıqov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə