"Ordumuza olan güvənc hissi heç bir ölçü vahidi ilə ifadə edilə bilməz" - AÇIQLAMA ÖZƏL

"Müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini gündən-günə daha da artırır. O cümlədən, ölkəmizdə ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin və aparılan islahatların nəticəsində əldə olunmuş uğurları da xüsusi vurğulamaq lazımdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Bayram Aslanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib: "Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bunlarla yanaşı, ordumuz bu gün ən müasir texnika və silahlarla təmin olunub. Azərbaycanda hərbi məktəblərın uğurlu fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, sözügedən sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan verir. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər".

Gənc siyasətçi bildirib ki, bütövlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir: "Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ən əsasıodur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək vətənpərvərlik ruhuna malikdir. Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Azərbaycan xalqının vətənpərvərlik və ordumuza olan güvənc hissi heç bir ölçü vahidiylə ifadə edilə bilməz".

B.Aslanov vurğulayıb ki, ən mühüm məqamlardan biri də budur ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib: "Başqa sözlə, Aprel döyüşləri, Naxçıvan əməliyyatı və Tovuz rayonu istiqamətlərində düşmən təxribatının qarşısının alınması zamanı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirib. Azərbaycan ordusu hər bir azərbaycanlının qürur mənbəyidir. Tarix boyu da, ən yeni tarximizdə də, ən yeni hərb tariximizin uğurlu əməliyyatlarından sayılan Aprel döyüşlərində və müxtəlif zamanlarda xalqımız ordumuza güvəndiyini və ordumuzun yanında olduğunu hiss etdirib. Meydanlara çıxaraq ordumuza dəstək mitinqlərinə toplaşmaq özü belə ordumuza "biz sizə güvənirik sizdə bizə güvənin"- mesajı vermək idi. Biz Azərbaycan xalqı və gəncliyi olaraq sizinlə qurur duyruq, fəxr edirik, inanırıq deməyin daha coşqulu bir yolu yoxdur. Son günlərdə gənclərin durmadan ordu sıralarına qoşulmaq üçün etdikləri müraciətlərinə baxanda sadəcə qürurlanmamaq mükün deyildir. Məndə bir Azərbaycan gənci olaraq hər zaman Ali Baş komandanımızın tapşırıqlarını və səfərbərlik əmrini səbirszliklə gözləyirəm və torpaqlarımızın bütövlüyü uğrunda vuruşmağa hazıram. Yaşasın Azərbaycanımızın bütövlüyü uğrunda hər zaman canından, qanından keçməyə hazır olan Azərbaycan ordusunun hər bir hərbi qulluqcusu. Yaşasın Azərbaycan!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə