Ermənistan parlamentinin fəaliyyəti Şimali Koreya ilə əlaqələndirildi İTTİHAM

Erməni KİV-i: “Paşinyan dəfələrlə parlamentin tribunasından çıxış edərək Respublika partiyasının digərlərinin fikirlərini öyrənmədən səs çoxluğu vasitəsi ilə istədikləri qanunları qəbul etdiklərini deyirdi”

“Yəqin ki, oxucular televizor, ya da internet vasitəsi ilə Şimali Koreyada səsvermənin necə keçirilməsini izləyə biliblər. Bir zamanlar Ermənistanda səsvermə prosesini Şimali Koreya ilə əlaqələndirərək, o zamankı hakim Respublika partiyasına qarşı alət kimi istifadə edirdilər. Hazırkı hakimiyyət əvvəllər müxalifətçi kimi çıxış edərək, iqtidar partiyasının səsvermədə öz xeyrinə qərarlar çıxardığını iddia edirdi”. SİA xəbər verir ki, bu fikirlər ermənilərin “Politik” siyasi saytında yer alıb.

Sayt qeyd edir ki, o zaman müxalifətdə olan Paşinyan dəfələrlə parlamentin tribunasından çıxış edərək Respublika partiyasının digərlərinin fikirlərini öyrənmədən səs çoxluğu vasitəsi ilə istədikləri qanunları qəbul etdiklərini deyirdi.

SİTAT: “Lakin bu gün “Mənim addımım” parlament fraksiyası təkbaşına Ermənistan respublikasının konstitusiya məhkəməsinə üç hakim seçdi. Xatırladaq ki, səsvermədə 88 deputat iştirak edib, yəni ancaq “Mənim addımım” bloku...”

“Lakin hakimiyyət dəyişikliyindən sonra “Vətəndaş sazişi”nin təmsilçiləri və bugünkü “Mənim addımım”ın alyansı elə yüksək kateqoriyalardan danışırdılar ki: partiyadaxili demokratiya, partiya prüalizmi və realizə mümkünlüyü, eləcə də daxili müxalifətin vacibliyi.

Lakin həyat sübut etdi ki, bugünkü hakimiyyətin fəaliyyəti hətta keçmiş hakimiyyət üçün “yenilik” hesab edilə bilər. Bir şəxsin timsalında yaranmış mərkəzçi partiya və siyasi komanda hakimiyyəti səsvermə prosesi zamanı hakim ailəyə yaxın insanlar tərəfindən nəzarətdə saxalanılır, təsadüfən heç bir “qiyam” əlamətlərinin yaranmasını göstərməmək üçün”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə