“Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimatı keçiriləcək

“Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimatı keçiriləcək

"Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının yeni nəşri çapdan çıxıb. Bu münasibətlə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının birgə təşəbbüsü ilə təqdimat mərasimi keçiriləcək.
Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, tədbir mayın 12-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.


 

"Hüquq ədəbiyyatı" nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunub. Kitabda əvvəlki nəşrdən fərqli olaraq daha çox hüquqi terminlərə rast gəlmək mümkündür. Burada həmçinin Azərbaycan Respublikasının media qanunvericiliyinə və hüquqi-normativ aktların media ilə bağlı hissələrinə də geniş yer verilib.


 

Qeyd edək ki, "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanıb. Kitabın təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır. Nəşrin kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə