Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB)Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İnsan alverinə qarşı mübarizə üzrə video çarxların hazırlanması” layihəsi çərçivəsində iki video çarx hazırlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri məlumat verib.
Məlumatda bildirilir ki, video çarxların hazırlanmasına təşkilati və informasiya dəstəyini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi verib.
Birliyin sədri Anar Xəlilov bildirib ki, layihə çərçivəsində insan alverinə qarşı mübarizə üzrə müxtəlif problemlər və təhlükələr barəsində cəmiyyətin maariflənməsi istiqamətində iki video çarx hazırlanıb. Bu video çarxlarda cinayətkar qrupların tələsinə düşməmək üçün vətəndaşları sayıqlığı itirməməyə çağrılıb. Maarifləndirici məlumatlar və mübarizə metodları da video çarxlarda öz əksini tapıb.
Qeyd edək ki, video çarxların əsasən sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB