"Dünya hüququn üzərində deyil, məhz gücün üzərində formalaşıb" ÖZƏL-MÜNASİBƏT

"Dünya hüququn üzərində deyil, məhz gücün üzərində formalaşıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər Komitəsi bütün parlamentlərə, beynəlxalq təşkilatlara, assambleyalara Ermənistanın qeyri-qanuni yollarla məskunlaşdırma siyasəti aparması ilə bağlı rəsmi müraciətlər edir. Əslində beynəlxalq təşkilatların acizliyi özü-özlüyündə ATƏT-in Minsk Qrupunun fəaliyyətində görünür. Yəni daha çox münaqişənin dondurulması kimi fəaliyyət göstərən bu təşkilat demək olar ki, heç bir ciddi addım atmır və təcavüzkara qarşı heç bir müvafiq sanskiyalar tətbiq etmir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, Ermənistanın Yaxın Şərqdən erməniləri Dağlıq Qarabağ bölgəsində məskunlaşdırması bəzi məqamlara diqqət yetirməyimizə rəvac verir: "Onların bəziləri çox güman ki, erməni terror təşkilatının üzvləridir. Ermənistana, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi çox güman ki, müharibəyə, yeni hərbi əməliyyatlara hazrlıq xarakteri daşıyır. Onlar hətta könüllü hərbi dəstərlərin formalaşdırılması üçün yeni hərbi qanun da qəbul ediblər. Bu, yeni terror qruplarını işə salmaq, rəsmiləşdirmək məqsədi daşıyır. Biz təbii olaraq Ermənistanın hərbi əməliyyatlara hazırlığı barəsində bütün beynəlxalq təşkilatlara, parlamentlərə məlumatları çatdıracağıq. Ancaq görürsünüz ki, dünya hüququn üzərində deyil, məhz gücün üzərində formalaşıb. Ermənistanın arxasında dayanan böyük imperiya belə bir hərbi yollarla hamını öz nəzarətində saxlamaq istəyir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə