"Belə bir səmərəsiz layihə Paşinyanın növbəti avantürasıdır" ÖZƏL-MÖVQE

"Belə bir səmərəsiz layihə Paşinyanın növbəti avantürasıdır" ÖZƏL-MÖVQE

“Ermənistanda demoqrafiq böhran və orduda şəxsi heyətin çatışmazlığı, hakimiyyətin könüllü dəstə yaratmaq üçün qanunda nəzərdə tutulmuş dəyişikliklər heç də işğalçı ölkədə ordu-xalq birliyinin formalaşmasına gətirməyəcək. Onlar bu strategiya ilə hərəkət etdiklərini qeyd edirlər. Amma hesab edirəm ki, könüllük pirinsipi qoca ermənilərindən təşkil ediləcək”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın gənclər təbəqəsi orduda xidmətdən yayınır: “Xüsusilə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan gəncləri xidmət etməkdən yayınmaq kursu götürüb. Çünki aprel döyüşlərindən sonra labüd ekalsiyanın baş verməsi onlar üçün qorxulu bir kabusdur. Gənclər çalışdıqca xaricə üz tuturlar. Ermənistan hakimiyyətinin bu siyasəti uğurlu olmayacaq. Kiçik və əhali sayı az olan ölkə üçün bu, səciyyəvi deyil. Həm də yaşlı nəslin üstünlük təşkil etdiyi bir cəmiyyətdə bu, uğursuz bir layihə olacaq. Ümumiyyətlə, Ermənistan bununla Azərbaycan qarşısında öz gücünü göstərmək üçün bu kimi siyasətə əl atıb. Belə bir səmərəsiz layihə Paşinyanın növbəti avantürasıdır. Heç bir müsbət nəticə əldə etməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə