“Minsk qrupu yox, bizə torpaqlarımızın geri qayıtması lazımdır” ÖZƏL-ŞƏRH

“Minsk qrupu yox, bizə torpaqlarımızın geri qayıtması lazımdır” ÖZƏL-ŞƏRH

Ermənilərin Gəncəni vurmaqla bağlı səsləndirdikləri fikir absurddan başqa bir şey deyil. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın bunu edəcək, yəni Gəncəni vurmaq kimi gücü də, cəsarəti də yoxdur.
“Niyə belə hədə, belə fikir səsləndiriblər? Ona görə ki, Tovuzda Ermənistanın, işğalçı Ermənistanın burnu ovuldu. Yəni, onlara əməlli başlı yerləri göstərildi. Bu günlərdə Sərhədd Qoşunlarının günündə Azərbaycan Sərhədd Qoşunları rəsmiləri bəyan etdilər ki, həmin döyüşlərdə ermənilər 2 kilometrə qədər geri otürdulublar. Yəni, Azərbaycanın sərhədd postları Ermənistana doğru 2 kilometrə qədər, 1500, 1600, 1700 metr yerini dəyişdirib. Bu, birmənalı şəkildə o deməkdir ki, 12 iyul tarixində başlayan yeni işğal cəhdində əməlli-başlı uduzub. Təbiidir ki, bu uduzma Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Ona görə də onlar vəziyyətdən çıxmaq üçün özlərini qalib kimi, daha güclü kimi göstərmək bu cür manipulyasiyaya gedirlər. Yəni, hətta Ermənistan deyil, Dağlıq Qarabağdakı separatçılar belə Gəncəni vuracaq qədər guya güclüdürlər. Təbii ki, boş söhbətdir. Vurandırlarsa, buyurub vursunlar. On qat artığını alacaqlar Azərbaycan tərəfdən. Təbii ki, buna gedə bilməzlər, bu birincisi.

İkincisi də, ATƏT-in Minsk Qrupu biz illərdir deyirik ki, keyfiyyətsiz, faydasız və mənasız bir qurumdur. Yəni, faktiki olaraq o qurumun özünün axırıncı dəfə nə vaxt toplaşdığını biz bilmirik. Minsk Qrupunun bütövlükdə özündən söhbət gedir. Mən şəxsən xatırlamıram ki, onlar axırıncı dəfə haçan bir araya gəliblər. Sadəcə olaraq Minsk Qrupunun həmsədrləri olan üç ölkə, ABŞ, Rusiya və Fransa aktiv kimi görünməyə çalışırlar. Bunların nümayəndələri, Azərbaycana, Ermənistana səfər edir, gedib Dağlıq Qarabağdakı separatçılarla da görüşürlər və bir bəyanat verib məsələni sülh yolu ilə həll etməyə çağırıb, çıxıb gedirlər. Təbii ki, səfər etdikləri yerlərdə yeyib-içib xoşbəxt olub çıxıb gedirlər. Yəni, bunların gördüyü heç bir iş yoxdur. Ona görə də, Dağlıq Qarabağı işğal altında tutan qüvvələrin, konkret olaraq Ermənistan Respublikasının ordusunun adı altında, yaxud da, himayəsi altında oradakı o bölücülərin bu cür ifadə səsləndirməsinə ATƏT-in Minsk Qrupunun həmsədrləri biganə qalırlar, biganə yanaşırlar. Əslində, onlar dərhal bəyənat verməli və konkret ünvan göstərərək, erməniləri təcavüzkarlıqdan çəkindirməli idilər. Yəni, burada söhbət Azərbaycandan gedə bilməz. Çünki, həmişəki kimi tərəfləri çağıra bilməzlər. Azərbaycan iddia eləmir ki, biz haranısa vuracayıq. Amma Ermənistan tərəfi, işğalçılar bunu iddia edir. Ona görə ATƏT-in Minsk Qrupu o iddiaya uyğun cavab verməli idi. Amma təəsüflər olsun ki, vermirlər. Vermədiklərinə görə bir daha bizim sözümüz doğrulanır ki, o qurum, keyfiyyətsin, mənasız, faydasız bir qurumdir. Ona görə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin qarşısında duracaq tək qüvvə azərbaycan Respublikasının özü, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altrında Azərbaycan Silahlı Qüvvələri və vətən üçün hər bir zaman döyüşməyə hazır olan hər bir azərbaycanlıdır. Təbii ki, bizim yanımızda Türkiyə dövləti vardır öz ordusu ilə. Pakistan dövləti daim Azərbaycanın yanında olduğunu ifadə eliyib və istədiyimiz zaman çağıracağımız təqdirdə buraya gələcəklər. Yəni, biz özümüzə və ən yaxın dostlarımıza, tərədaşlarımıza güvənməliyik. ATƏT-in Minsk Qrupu isə sadəcə olaraq, quş qomaq üçündür ki, guya nəyi isə etdilər deyə mövcuddur və bu da bizə lazım deyil. Çünki, bizə torpaqlarımızın geri qayıtması lazımdır”, deyə Azər Həstət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə