Ermənilərin iddialarını alt-üst edən Kürəkçay müqaviləsi... ÖZƏL - AÇIQLAMA - FOTO
"Qarabağ torpaqlarının tarixi Azərbaycan torpaqları olması ilə bağlı kifayət qədər sənədlər var və onlardan biri də Kürəkçay müqaviləsidir. Bu müqavilə 11 maddədən ibarətdir və bu maddələrin heç birində ermənilərlə bir cümlə belə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan deputatı, tarix elmlər doktoru Anar İsgəndərov Ermənistanın Baş naziri Nikol Paşinyanın BBC-yə müsahibəsi zamanı münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizinin erməni olması ilə bağlı etirafını şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ və Aran Qarabağ ilə bağlı hansı məsələni öz xeyrinə danışmaq istəsə alınmayıb və alınmayacaq: "Çünki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənistan tərəfi Dağlıq Qarabağ ilə əlaqədar nə danışırsa-danışsın son məqamda sənədə ehtiyac olacaq və Qarabağ torpaqlarının tarixi Azərbaycan torpaqları olması ilə bağlı kifayət qədər sənədlər var. Bu sənədlərdən biri də məhz, 14 may tarixində 1805-ci ildə Qarabağ xanı İbrahim xan ilə Rusiya tərəfini təmsil edən Pavel Sisianov arasında bağlanmış Kürəkçay müqaviləsidir. Bu müqavilə 11 maddədən ibarətdir. Əgər, Qarabağda hər hansı bir erməni və ermənilər söz sahibi olsaydılar təbii ki, heç olmasa bu müqavilədə ermənilərlə bağlı bir cümlə də olsa yer alardı. Lakin, belə bir cümlə yoxdur. Çünki, ermənilər heç vaxt Dağlıq Qarabağda söz sahibi olmayıblar".
Tarixçi-alim Anar İsgəndərov vurğulayıb ki, ermənilər sadəcə bu ərazilərə gəlmədirlər və onlara yalnız bu ərazilərdə yaşamaq üçün torpaq verilib: "Onlar bu torpağı idarə edən yox, bu torpağı idarə edənin yanında köməkçi olublar. Yəni, söhbət azərbaycanlı söz sahiblərindən, azərbaycanlı xanlardan, bəylərdən, vəzirlərdən gedir, Azərbaycan torpağında təbii ki, azərbaycanlılar söz sahibi olublar. Ermənilərə isə bu torpaqda yalnız yaşamaq hüququ verilib. Bu mənada Ermənistanın Baş naziri, Ermənistanın Prezidenti, əgər, nə vaxtsa dünyanı aldada biliblərsə, dünya onlara aldanıbsa, artıq bu vaxt çoxdan keçib. Bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağıdır. Qarabağ bu gün erməni işğalı altındadır. Lakin, bu erməni işğalı da uzunmüddətli ola bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB