Azərbaycanın Baş Prokurorluğunda kadr dəyişikliyi olub

Azərbaycanın Baş Prokurorluğunda kadr dəyişikliyi olub
Azərbaycanın Baş Prokurorluğunda kadr dəyişikliyi olub. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Anar Məmmədov Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi, Siyəzən rayon prokuroru Niyaz Məmişov isə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə