Gürcüstanda koronavirus yoluxmaları artmağa başlayıb

Gürcüstanda koronavirus yoluxmaları artmağa başlayıb

COVID-19 pandemiyası dövründə ən az yoluxma sayları ilə diqqət çəkən Gürcüstanda vəziyyət nəzarətdən çıxmağa başlayıb. SİA xəbər verir ki, daha əvvəllər ölkədə maksimum 8-10 nəfər koronavirusa yoluxurdusa, hazırda bu rəqəm artır və bir sutka ərzində 24 nəfər infeksiyaya yoluxub. Gürcüstanın xüsusi hökumət saytında qeyd edilir ki, ümumi rəqəm 1073-ə çatıb.

Hazırda ölkədə 5692 insan karantində saxlanılır, onlardan 275 nəfəri stansionar müalicədədirlər.

Ümumilikdə isə, Gürcüstanda 907 nəfər infeksiyadan sağalıb, 16 nəfər isə həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə