“Milli Şura” - qeybətxana və təhqirbazlıq mərkəzi MÜXALİFƏT

“Milli Şura” - qeybətxana və təhqirbazlıq mərkəzi MÜXALİFƏT
Tərbiyəsizlik, riyakarlıq, rüsvayçılıq və daha nələr-nələr... "Milli Şura"nın koordinasiya mərkəzinin növbəti şousu ictimailəşdi və orada baş verənlər bir daha sübut etdi ki, "başbilənlərin" video-toplantılarının məqsədləri yalnız və yalnız onlarla olmayanları hədəfə götürərək, təhqir atəşinə tutmaqdan ibarətdir. Əslində, bu, heç təəccüblü də görünmür. Çünki oradakılar daha əvvəlki "zoom" toplantılarında da qeybətxana və təhqirbazlıq mərkəzi olduqlarını isbatlayıblar. Məşədi İbad demişkən, bir növ adətkərdədirlər... Beləliklə, onların növbəti hədəfləri Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və ReAL partiyasının funksioneri Natiq Cəfərli olub. Bəri başdan onu da qeyd edək ki, hər iki şəxs AXCP sədri Əli Kərimli tərəfindən "qatı düşmən" elan edilib və onun, eyni zamanda "Milli Şura"nın siyasi orientasiyasını bölüşmədiklərinə görə söyüşlərə məruz qalırlar. Bunun üçün isə sözügedən yığnağa heç bir çətinlik yoxdur, Məşədi İbad demişkən, bir növ adətkərdədirlər... Ancaq məsələnin tam məğzinə keçməmiş onu da qeyd edək ki, növbəti dəfə Ə.Kərimlinin "blokada" şousu ifşa olunub. Çünki onlar toplaşar-toplaşmaz Vidadi Mirkamal digər iştirakçılara Ə.Kərimlini qoşub-qoşmaması ilə bağlı müraciət etsə də, Vahid Məhərrəmli "Yox, qoşma, qoşma" deyərək, "blokada" şousunun davam etməsini tövsiyə edib. Amma fakt budur ki, AXCP sədri istədiyi vaxt internetə qoşulur, üstəlik fikirlər də bildirir. Bu, öz yerində... Bu məsələnin qarşıda hələ çox "tüstü" verəcəyi gözlənilir Birinci zərbə Turan İA-nın rəhbəri M.Əliyevə yönəlir. Fransada oturub "siyasət yürüdən" Qənimət Zahid M.Əliyevi ReAl partiyasının sədri İlqar Məmmədova bənzədib və kopiyası olduğunu bildirib. Söz yox ki, onun fikirlərini Vidadi Mirkamal və Gültəkin Hacıbəyli dərhal dəstəkləyiblər. Məsələn, V.Mirkamal M.Əliyevi "mövqesiz adam" adlandırıb. G.Hacıbəyli də dərhal "Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki. Hələ ki...", deməklə guya fikirlə tam razılaşmadığını ortaya qoyub. Göründüyü kimi, artıq buradan da açıq-aydın şəkildə M.Əliyevin "Milli Şura" ilə ciddi fikir ayrılığı olması faktı üzə çıxıb və bu məsələnin qarşıda hələ çox "tüstü" verəcəyi gözlənilir. Amma və lakin ReAL sədri İlqar Məmmədovun, yaxud M.Əliyevin də cavablarını səbirsizliklə gözləyirik əlbəttə ki... "Milli Şura" qeybətxanasının təhqirbazlarının süddən çıxmış ağ qaşıq olmadıqlarını bütün el-aləm bilir, elə özəri də! Amma əsas məsələ və təhqirlər birbaşa ReAL-ın idarə heyətinin üzvü, aparıcı funksionerlərindən olan N.Cəfərliyə doğru yönəlir. Nədir ki, N.Cəfərli sətiraltı ifadələrlə təmsil olunduğu partiyadan istefa verənləri sərt şəkildə və ağır tonda tənqid edib. Maraqlıdır ki, N.Cəfərlini "tərbiyəsiz" adlandıran "Milli Şura"nın koordinasiya mərkəzinin "başbilənləri" özləri təhqirlərə yol verərək, onun sağına-soluna söyüş yağdırıblar. Diqqət yetirək - Gültəkin Hacıbəyli : "Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır". Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahid: "Şərəfsiz və tərbiyəsiz adamdırlar... Göründüyü kimi, fakt ortadadır və bu gün onların özlərini hələ də ciddi siyasi fiqur hesab etmələri kənardan çox gülünc görünür. Gülünc və rüsvayçı... Hər halda, "Milli Şura" qeybətxanasının təhqirbazlarının süddən çıxmış ağ qaşıq olmadıqlarını bütün el-aləm bilir, elə özəri də! Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə