Ermənistanın Rusiyanın müttəfiqi olması nə qədər doğrudur? ANALİTİK

Ermənistanın Rusiyanın müttəfiqi olması nə qədər doğrudur? ANALİTİK

Erməni mənşəli Rusiya politoloqu Gevorq Mirzoyandan ilginc fikirlər

Erməni mənşəli Rusiya politoloqu, Rusiya Federasiyasının hökuməti nəzdində fəaliyyət göstərən maliyyə universitetinin dosenti Gevorq Mirzoyan “Vzqlyad” nəşrində dərc etdirdiyi məqaləsində Ermənistanın Azərbaycanla sərhədində baş verən silahlı toqquşmalara aid fikirlərini bildirib və xüsusilə əsas diqqəti Türkiyənin münaqişədəki rolundan bəhs edib. SİA həmin məqalənin bir hissəsini təqdim edir.

Mirzoyan: “Erməni hakimiyyəti formal olaraq Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq hesab edir”

“Bakıda torpaqların itirilməsi ilə barışmayıblar və geri qaytarılması yollarını axtarırlar – bu gün beynəlxalq müstəvidə tanınan heç bir dövlət “DQR”in (dırnaqlar bizimdir-R.N.) müstəqilliyini tanımır”, yazan Mirzoyan qeyd edir ki, hətta Ermənistan belə Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımamaqdadır. SİTAT: “İrəvanda hər hansı bir sərf edən formulalar tapa bilərlər, lakin həqiqətə qalanda müstəqilliyin tanınmaması, yaxud ərazinin digər suveren dövlətin tərkibinə keçməsi onu göstərir ki, erməni hakimiyyəti formal olaraq Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq hesab edir. Problem ondadır ki, təqribən 25 illik hərbi əməliyyatlardan sonra (1994-cü ilin mayında atəşkəsin razılaşdırılması və Dağlıq Qarabağ ərazisində status-kvonun müəyyən edilməsi) tərəflərdən heç biri hərbi qələbəyə yaxınlaşmayıblar. Bəli, həm İrəvan, həm də Bakı döyüşlərdə qələbə qazana bilərlər, ancaq bunun üçün siyasətdəki ulduzlar dəqiq şəkildə nizamlanmalıdır”.

Politoloq: “Azərbaycanın Silahlı Qüvvələri Ermənistan və Dağlıq Qarabağ “ordularını” bir yerdə götürərsək, bütün cəhətlərdən üstələyir”

Mirzoyan daha bir məqama toxunaraq Azərbaycan Ordusunun prioritetlərinə nəzər salıb və yazıb ki, Azərbaycanın Silahlı Qüvvələri say baxımından (mobilizəşdirilmiş potensialı, zirehli texnikaların sayı, hərbi-texniki imkanların müasirliyi və s.) bir sıra mövqelər sırasında Ermənistan və Dağlıq Qarabağ “ordularını” bir yerdə götürərsək ya üstələyir, ya da bəzi mövqelərdə qismən üstələyir. SİTAT: “Erməni tərəfi əlbəttə ki, hərbi ruh və təlim məsələləri barədə danışır və 90-cı illərdə azərbaycanlıları necə qovduqlarını yada salır, amma bununla da İsrailin klassik səhvini təkrar edir. Məhşər günü müharibəsində Tel-Əviv ərəbləri doğru qiymətləndirə bilmədi və nəticədə buna görə məhv olmaq dərəcəsinə çatdı”.

Erməni ekspert: “Əgər Türkiyə ilə Azərbaycan bir tərəfdən, Ermənistanla “DQR” isə digər tərəfdən müharibəyə başlarsa, onda ermənilər nəinki Qarabağı itirəcəklər...”

“O cümlədən, unutmaq olmaz ki, Azərbaycan bu müharibədə tək deyil – ona böyük məmnuniyyətlə Türkiyə kimi müttəfiqi yardım edəcək. Hansı ki, onların da Ermənistanla ciddi siyasi münaqişəsi (tarixlə bağlı) var və bununla Cənubi Qafqazda kimin əsas sahib olduğunu göstərməyə çalışırlar”, deyə yazan erməni politoloqu qeyd edir ki, əgər müharibə başlayarsa, bu zaman Ermənistan İsrailin zamanında yaşadığı ağır vəziyyətə düçar olacaq. SİTAT: “Əgər Türkiyə ilə Azərbaycan bir tərəfdən, Ermənistanla “DQR” isə digər tərəfdən müharibəyə başlarsa, onda ermənilər nəinki Qarabağı itirəcəklər, mümkündür ki, İrəvanın mərkəzindəki Respublika meydanının adı tez bir zamanda İlham Əliyevin, ya da Rəcəb Tayyib Ərdoğanın adına dəyişdirilə bilər. Lakin Bakı ilə Ankara öz hərbi üstünlüklərini ona görə realizə edə bilmirlər ki, Ermənistanın və Dağlıq Qarabağın arxasında özünü Qafqazın ağası hesab edən sahib dayanır – Rusiya. Moskva regionu Türkiyəyə verməyə və öz sərhədində Rusiya Federasiyasını Yaxın Şərqdən kəsən, Şimali Qafqazla Volqayanı ərazilərindəki stabilliyi təhdid edən, eləcə də Qara dənizdən Xəzər dənizinədək uzanan türk pərdəsini görməyə hazır deyil. Ona görə də Rusiya Ermənistanda baza saxlayır və İrəvanın KTMT üzrə müttəfiqi kimi çıxış edir, bununla da Qafqazdakı forpostunu (halbuki ermənilər bu cür yanaşmanı sevmirlər) qoruyur”.

“Erməni hakimiyyətinin Qərb qrantları üzərində tərbiyə almış bir sıra təmsilçiləri anti-Rusiya üzərində kökləniblər və bu, Moskvanı qıcıqlandırır”

Mirzoyan hesab edir ki, Ermənistan rus dəstəyi olmadan qala bilməz, hətta hərbi əməliyyatlar bilavasitə Qarabağda aparılsa belə. Bununla bağlı, erməni politoloquna görə, Azərbaycan Ermənistanın Rusiya zəmanətindən məhrum olması üçün hər şey edir. “Və burada İlham Əliyevin köməyinə Ermənistanın baş naziri Nikol Paşinyan yetişir”, yazan Mirzoyan sözlərini bu cür əsaslandırır: “Erməni hakimiyyətinin Qərb qrantları üzərində tərbiyə almış bir sıra təmsilçiləri anti-Rusiya üzərində kökləniblər və bu, Moskvanı qıcıqlandırır. Eyni zamanda, bir sıra rus siyasətçiləri də qənaətə gəlirlər ki, Rusiyanın belə bir müttəfiqi dəstəkləməsinə ehtiyacı nə qədər doğru ola bilər”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə