"Paşinyanın təxribat törətməkdə məqsədi üzə çıxdı" ÖZƏL-MÜNASİBƏT

"Aprel döyüşlərində qəhrəmancasına vuruşmuş generalın və onun döyüş yoldaşlarının şəhid olması, hər birimizin qəlbində sağalmaz iz buraxdı. Ancaq bu müharibədir və təəssüf ki, müharibə itkisiz olmur. Ermənilər 4 il əvvəl aprel döyüşləri zamanı aldıqları zərbəni unuda bilmirlər və o dövrdəki məğlubiyyətdən sonra Ermənistanda siyasi hakimiyyət boykot olundu. Nəticədə son 20 ildə Ermənistanda siyasi hakimiyyətə rəhbərlik edən cinayətkar "Qarabağ" klanı vəzifədən qovuldu". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, tarix təkrar olunur: "Etiraf etmək lazımdır ki, heç kimin gözləmədiyi halda iki dövlətin sərhədində Tovuz rayonu istiqamətində, cinayətkar erməni silahlı qüvvələri atəşkəs rejimini pozaraq ərazimizə soxulmağa cəhd etmişlər. Silahlı qüvvələrimiz düşmənə layiqli cavab vermişdir. Sual oluna bilər; niyə məhz Tovuz istiqamətində?

Məntiqlə yanaşsaq, Azərbaycan dövlət olaraq, heç zaman Ermənistan dövlətinə qarşı rəsmi ərazi iddiası irəli sürməmişdir. (Baxmayaraq ki, müasir erməni dövləti keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır). Biz, sistemli şəkildə Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad olunması məsələsini qaldırırıq. Deməli, heç bir halda, Tovuz istiqamətində atəşkəsi pozmaq Azərbaycana sərf etmir və biz atəşkəsi pozsaydıq, bunu beynəlxalq sənədlərdə təsbit olunmuş, işğal altında olan ərazilərimizdə edə bilərdik. Belə olan vəziyyətdə isə, beynəlxalq birlik ölkəmizi günahlandıra bilməzdi. Deməli, əsas səbəbi Ermənistanın daxili ictimai-siyasi vəziyyətində axtarmaq lazımdır.

Aydındır ki, son dövrlər Ermənistan cəmiyyətində Paşinyan və onun "qərbyönümlü" komandasına inam azalmışdır. Hakimiyyətə gəlməmişdən əvvəl xalqa verdikləri vədləri yerinə yetirə bilməmiş, ənənəvi strateji müttəfiqi Rusiya ilə münasibətlərdə gərginlik hökm sürür. Qərb dövlətləri tərəfindən və beynəlxalq maliyyə institutlarından çox böyük ümidlə gözlənilən investisiyaların, dəstəyin gəlməməsi, əhalinin sosial-rifah halının günü-gündən pisləşməsi ilə nəticələnmişdir. Nikol Paşinyan isə beynəlxalq arenada özünün qeyri-adekvat davranışları, o səviyyəli siyasətçi üçün olduqca dar düşüncə qabiliyyəti, məhdud dünyagörüşü ilə, qlobal siyasətdə təsadüfi, sıradan biri olduğunu təsdiq etdi. Münhen təhlükəsizlik konfransında, “Valday” diskussiya klubunda, MDB Dövlət Başçılarının Aşqabad sammitində Azərbaycan Prezidenti İlham Əliyevin yanında, Paşinyanın necə cılız, xırda, abırsızcasına utanmadan tarixi faktları inkar edən və bununla da ictimaiyyətdə acı gülüşə səbəb olmaqla yadda qaldı.

Xarici siyasətdə də son dövrlər Paşinyanın bəxti gətirmir. Avropa Parlamentinin bəyanatında ilk dəfə işğal olunmuş ərazilər sözünün işlədilməsi, Azərbaycanın “ Qoşulmama hərəkatına” sədrliyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması və Paşinyanın uğursuz, cığallığı və s. onu bir siyasətçi kimi bitirmək üzrədir.

Başqa bir səbəb isə, Ermənistanın KTMT-n üzvlüyünü əsas götürərək, ora daxil olan ölkələri Azərbaycan əleyhinə müharibəyə cəlb etməkdir. Belə cəhdlər düşmən ölkənin əvvəlki rəhbərlikləri tərəfindən də edilmişdir. Həmin təşkilatın əsasnaməsinə görə, Dünya birliyi tərəfindən tanınan, işğal olunmuş ərazilərdə, KTMT heç bir hərbi əməliyyat keçirə bilməz. Ancaq iki ölkə arasında müharibə başlayarsa, onlar formal olaraq Ermənistanı dəstəkləməlidirlər. Düşünürəm ki, məhz Tovuzda təxribat törətməklə, Paşinyan bu məqsədi güdmüşdür.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın, o ölkələrlə dostluq münasibətləri mövcuddur və onlar erməniləri yaxşı tanıyırlar. Ona görə də rəsmi İrəvanın dəfələrlə müraciət etməsinə baxmayaraq, hətta bir yerə toplanmadılar.

Bu hadisələrdən əldə olan nəticələr isə ondan ibarətdir ki, uşaqdan böyüyə qədər beynləri xəstə "böyük ermənistan" ideyaları ilə zəhərlənmiş erməni xalqı qonşuları ilə sülh şəraitində yaşamağa hazır deyil və çətin ki, yaxın illərdə dəyişiklik baş versin. Təxribatı törətmək və dərhal bütün beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə car çəkmək, insanlığa qarşı ən qəddar cinayətləri törədərək, özlərini məzlum xalq kimi göstərmək, əsl erməni xislətidir. Həyasızlığın ən yüksək səviyyəsidir. Böyük fransız yazıçısı Aleksandr Dümanın 200 il bundan əvvəl dediyi sözlərin təsdiqi olaraq ermənilərə heç bir halda inanmaq olmaz. Erməni-appendiksdir və bir dəfəlik kəsilib atılmalıdır.

Bu günlərdə xalqımızın nümayiş etdirdiyi milli həmrəyliyi xüsusi vurğulamaq istərdim. Orduya dəstək olaraq yüz minlərlə gənclərimiz ayağa qalxdılar. Hadisələrin bilavasitə getdiyi qəhrəman tovuzlulara təşəkkür edirəm. Hər hansı panikaya düşmədən vətənin müdafiəsinə qalxdılar. Ali Baş Komandana, Ordumuza güvəndilər. Hər birimiz üçün müqəddəs olan bir məfhum var. Ata-anamızın, əcdadlarımızın uyuduğu torpaq müqəddəsdir. Bir santimetr belə güzəştə gedə bilmərik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Azərbaycanımızı qorusun".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...