Koronavirusa yoluxanların sayı artıb Ermənistanda

Bu günə, 11 iyul tarixinə Ermənistanda 489 yeni koronavirus infeksiyası təsdiqlənib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən məlumat verilib.

Məlumata görə, koronavirusa yoluxma faktı ilə təsdiqlənmiş halların ümumi sayı 31 392-dir. Həmçinin məlumatda o da qeyd olunur ki, koronavirus diaqnozu qoyulan xəstələrin ölümlərinin ümumi sayı 739 nəfərə çatıb.
Xatırladaq ki, bu günə qədər Ermənistanda cəmi 133 104 vətəndaş test edilib və test sayının həddindən artıq az olması onu deməyə əsas verir ki, yayımlanan məlumatlar, statistik göstəricilər heç də son göstərici ola bilməz və bu ölkədə koronavirus infeksiyasına yoluxanların sayının göstəriləndən dəfələrlə artıq olması təkzib edilə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə