“Tənqid əvəzinə insanlar bir-birinə dayaq olsa bu mərhələni daha tez adlaya bilərik” ÖZƏL-ŞƏRH
Azərbaycan səhiyyəsi mənə elə gəlir ki, dünya ölkələrinin səhiyyə sistemləri ilə müqaisədə bu mərhələni kifayət qədər yüksək səviyyədə həyata keçirə bilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, bəllidir ki, pandemiya, ümumiyyətlə epidemiya, istənilən bir yolucu xəstəliyin geniş yayılması və sürətli bir şəkildə yayılması hər hansı bir əlkənin səhiyyə sisteminin qarşısını ala bilməyəcəyi həddə olması səhiyyə sisteminin çökməsinə səbəbə olmalıdır ki, bu birmənalıdır.
“İndi biz epidemiya da deyil, pandemiya ilə üz-üzəyik. Yəni, qlobal bir yoluxucu xəstəliklə üz-üzəyik. Dünyanın hər yerində yoluxmalar hər gün artan istiqamətdə gedir, insan ölümləri artır, xəstəxanalar dolub-daşır və təbiidir ki, belə olan halda səhiyyə sistemləri adi günlərdəkindən qat-qat ağır yük altına girmiş olur. Təbiidir ki, ağır yük altında olduğuna görə, tutaq ki, 5 ay bundan əvvəlki kimi rahat işləyə bilmirlər. Mümkün də deyil. Çünki, əgər bir ölkədə, elə Azərbaycanın özündə 5 yüzdən artıq hər gün yoluxma faktı qeydə alınırsa və bunların da böyük əksəriyyətinin arxasınca təcili yardım maşınları gedirsə, hər xəstəyə, yoluxmuş şəxsə bir neçə həkim, tibbi personal ayrılırsa, bütün bunları rəqəmlərə vuranda bəlli olur ki, Azərbaycan sıhiyyəsi özündən asılı olmayan, dövlətdən asılı olmayan bir durumla üz-üzədir. Yəni burada kimisə, nə dövləti, nə səhiyyə sistemini qınamağa əsas yoxdur. Heç kim heç kimi qınaya bilməz. Dərmandır, iynədir, xəstəxanadır, xəstə yataqlarıdır və sairə bunların da bir həddi var axı. Yəni hesablanmayıb ki, birdən-birə əhalinin elə hamısı ucdantutma xəstələnəcək və hansısa ölkənin tibb sistemi bunun öhdəsindən gələ biləcək. Mümkün deyil. Avropa ölkələri, ABŞ kimi dünyanın bir nömrəli gücü bunun qarşısında acizdir. Yəni, Azərbaycan səhiyyəsini indi tənqid edənlər bizi başqaları ilə də müqaisə etsinlər. Həqiqətən Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə, şəxsi əlaqələrini işə salara hələ mart ayında önləyici tədbirlər görməyə başlamışdı, xaricdən təchizat, avadanlıq almışdı ki, bunları unutmamalıyıq. Eyni zamanda ayrı-ayrı modul tipli xəstəxanaların tikilməsi üçün tapşırıqlar verildi və onların bir neçəsi artıq tikilib istifadəyə də verilib. Bunlar hələ Azərbaycanda pandemiya sürət götürməmiş baş verən hadisələr idi. Yəni dövlət və təbii ki, onun səhiyyə sistemi mümkün olan hər şeyi öncədən etməyə çalışıb. Amma o vaxtı da bu fikirlər səslənirdi ki, elə bir həddə çata bilərik ki, artıq dövlətin gücü yetməyə bilər. Yəni, dövlətin gücü o mənada yetməyəcək ki, xəstə çarpayılarımız, xəstəxanalarımız, tibbi personalımız yetərli olmayacaq. Yəni, bu gözlənilən bir şey idi və buna görə də kimisə qınamaq, tənqid etmək mümkün deyil. Bu baxımdan həmin tənqidçilərin əsas məramını mən şəxsən anlayıram. O adamların əksəriyyəti ölkədə qarışıqlıq yaratmaq, ictimai rəyi çaşdırmaq, insanları qorxu altında saxlamaq üçün bunu edirlər. Yəni, bu adamların siyasi məqsədləri var və onlar Azərbaycan hakimiyyətinə qarşıdırlar ki, indiki durumdan sui istifadə edərək hakimiyyətin üzərinə hücuma keçirlər. İndiki mərhələdə, mən düşünürəm ki, Azərbaycanın rəhbərliyində Cənab İlham Əliyev olmasaydı, zəif bir şəxsiyyət olsaydı, bizim işimiz daha çətin olacaqdı. Biz küçələrdə ölüb qalan insanları müşahidə edəcəydik. Amma, bayaq da qeyd etdiyim kimi Cənab İlham Əliyevin şəxsi əlaqələri, rtəcrübəsi, bacarığı, qətiyyəti və bu cür fövqəladə hala hazırlıqlı olması indi Azərbaycanın bu mərhələni sakit bir şəkildə adlamasına imkan yaradır. Təbiidir ki, qüsurlar ola bilər, o qüsurların da aradan qaldırılması üçün tənqid etmək yox, əl-ələ verib çalışmaq lazımdır. Biz tibb personalımıza da köməkçi olmalıyıq. Özümüzə də köməkçi olmalıyıq, pzümüzü də yoluxmadan qorumalıyıq. Adi maska nədir ki, onu taxmırıq, nəticədə Milli Məclis məcbur olub cərimələri yüksəldir. Yəni, ehtiyac varmıydı buna? Niyə insanlarımız o həddə çatdırırlar ki, dövlət məcbur olub cərimələrin məbləğini yüksəldir? Yəni, tənqid etmək əvəzinə insanlar bir-birilərinə və dövlətin gördüyü işlərə dayaq, dəstək olsalar mənə elə gəlir ki, bu mərhələni biz daha tez adlaya bilərik”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB