“Siz tezliklə hakimiyyətdən uzaqlaşacaqsız” Arsen Babayan

"Siz çox tezliklə bu ölkənin hakimiyyətindən uzaqlaşacaqsız və xalqına layiq yeni bir hökumət qurmaqla biz xalqın hakimiyyətə inamını və etibarını bərpa edəcəyik." SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Rodina" partiyasının üzvü, hüquq müdafiəçisi Arsen Babayan özünün Facebook səhifəsində yazıb.

Partiya üzvü hökumət rəsmilərinin özlərinin əməl etmədikləri epidemiya əleyhinə qaydalar barədə çağırışlarına toxunaraq öz səhifəsində qeyd edib.
"Siz insanlara deyirsiz ki, kafeyə getməyin, əks təqdirdə bu vəziyyətdən çıxmayacağıq. Bütün bunların fonunda, Milli Məclisin sədr müavini Alain Simonyan və Hraç Akopyan kafedən kafeyə gedirlər", deyə Arsen Babayan öz səhifəsində yazıb.
Doğrudan da istəyirsiniz ki, sizi ciddiyə alsınlar? Həqiqətən də siz 70% insanların sizə etibar etdiyini düşünürsünüz? Siz hər şeyi məhv etdiniz. Etibarınızdan sui-istifadə etdiniz. İnsanların gələcəyə inamını oğurladınız. Siz çox tezliklə hakimiyyətdən uzaqlaşacaqsız və biz xalqa layiq yeni bir hökumət formalaşdıraraq xalqın hakimiyyətə inam və etibarını bərpa edəcəyik", deyə Arsen Babayan öz səhifəsində bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə