Qabil Hüseynli: "Rusiya yaxşı başa düşür ki, Cənubi Qafqazda müharibə alovlanarsa, bu mütləq Şimali Qafqazı da bürüyəcək"- AÇIQLAMA
"Azərbaycanın təmas xəttində ilk dəfə olaraq öz silah-sursatı ilə təlim keçməsi ən azı Ermənistana çox güclü psixoloji təzyiqdir. Eyni zamanda beynəlxalq ictimai rəyə, xüsusilə də həmsədr dövlətlərə bir mesajdır ki, Azərbaycan tərəfi danışıqlardan bir nəticə görmədikdə məsələnin alternativ variantlarını axtaracaq. Alternativ variantların nədən ibarət olduğu keçirilən hərbi təlimlər, ordunun dislokasiyası, təmas xətti boyunca müxtəlif döyüş növləri qoşunlarının yığılmasıdır". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli açıqlamasında deyib.
Ermənistanın bu məsələdə təşvişə düşməsinə gəlincə, Q.Hüseynli Ermənistanın hərbi təchizatında çox böyük problemlər olduğunu da dilə gətirib. Politoloqun sözlərinə görə, əgər indiyə qədər bu təchizat Gürcüstan ərazisi vasitəsilə həyata keçirilirdisə, hazırda Gürcüstan həmin yoldan istifadə etməyə imkan verməyəcək. O vurğulayıb ki, yeganə yol Cənubdan, yəni İrandan qalır ki, onun da həyata keçirilməsi o qədər də asan məsələ deyil.
"Burada digər məsələ Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) nizamnaməsinə uyğun olaraq Rusiyanın müdaxiləsidir ki, bu da o qədər asan məsələ deyil. Çünki Rusiya çox yaxşı başa düşür ki, əgər Cənubi Qafqazda müharibə alovlanarsa, həmin müharibə alovu mütləq Şimali Qafqazı da bürüyəcək. Çeçenistan, Dağıstan və digər bölgələrdə Rusiyanın əleyhinə hərəkatlər daha da güclənə bilər. Ona görə də Rusiya indi Ermənistanı müdafiə etsə də çətin məqamda düşmən ölkə bu köməkdən məhrum ola bilər. Əgər müharibə olarsa, təbii ki, hərbi əməliyyatlar Azərbaycanın öz ərazilərində aparılacaq. Kollektiv Təhlükəsizlik Şurasının nizamnaməsi Dağlıq Qarabağ, eləcə də onun ətrafındaki bölgələrə Rusiyanın müdaxiləsinə imkan verməyəcək. Çünki bunlar Azərbaycanın ərazisidir və Azərbaycan öz ərazisini işğaldan azad etmək hüququna malikdir. Bu həm beynəlxalq hüquq normalarına, həm BMT-nin nizamnaməsinə uyğundur. Ona görə Azərbaycanın hərəkətlərində qeyri-qanuni heç nə olmayacaq. Belə olan təqdirdə Ermənistanın ehtiyatlanması üçün kifayət qədər əsası var. Ermənistan çox yaxşı bilir ki, Azərbaycan onun üzərində hərbi üstünlüyə malikdir", - deyə politoloq qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB