“Bu binaya küçədən yox, parlamentdə seçildikdən sonra gəldim” Feliks Toxyan
Gəlin iki şeyi ayırd edək ki, mən bu binaya küçədən gəlmədim, 97-ci ildə Ermənistan parlamentinin hakimi seçildikdən sonra gəldim. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri bu gün jurnalistlərə Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Feliks Toxyan deyib.
"Namizədliyimə 4 saat parlamentdə baxıldı və seçkilər zamanı ən çox səs topladım. 2005-ci ildə xalq da təsdiqlədi ki, "Toxyan, 97-də seçildiyin şərtlə davam edə bilərsən", deyə hakim xatırladıb.
O, qeyd edib ki, 2015-ci ildə xalq referendumda da eyni vəziyyəti təsdiqləyib. Toxyan sual edir ki, indi niyə parlament xalqın dediklərini dəyişdirmək istəyir? Hərra tövsiyyə edir ki, onlardan soruşulsun.
Əslində, o, "mən küçədən gəlmədim", deməklə, erməni baş nazir Nikol Paşinyana ehyam vurur. Onun özünün də, ətrafının da, lap elə erməni cəmiyyətinin də diqqətinə çatdırır ki, tutduğu posta Paşinyan kimi küçədən gəlməyib. İki şeyi ayırd edək, deməklə isə, vurğulayır ki, parlamentdə seçilən və xalq tərəfindən dəstəklənən birini küçədən gələn uzaqlaşdırmaq niyyətindədir və bu heç də normal görünə bilməz. Bu fikirləri ilə Toxyan erməni cəmiyyətini, hazırki hakimiyyətini tam açıq şəkildə ifşa edir və hətta ələ salır.
“97-ci ildə, təyin olunanda mənim 40 yaşım var idi. Bu gün hər bir hakimin qanunauyğun bir vətəndaş kimi davranması, qanunu pozmaması, başqa bir vəzifə tutmamasl təqdirdə icazə verilən yaşa qədər davam edə biləcəyinə dair qanun və buna onun bir ümidi var”, deyə Feliks Toxyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB