"Paşinyan həmişə çətin vəziyyətə düşəcək" ÖZƏL-MÖVQE

"Paşinyan həmişə çətin vəziyyətə düşəcək" ÖZƏL-MÖVQE

“Ermənistan Baş naziri Nikol Paşinyan hazırlıqsız adam olduğunu dəfələrlə sübut edib. O, siyasi cəhətdən savadsız, intellektual baxımdan kasad adamdır". Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, Paşinyanı inqilab dalğası dövlət idarəçiliyinə atıb: "Paşinyan idarəçilikdə təsadüfi adam olduğu üçün həmişə Azərbaycanın dövlət başçısının qarşısında çıxılmaz vəziyyətə düşür. Burda digər vacib bir məqam isə ondan ibarətdir ki, Paşinyanın mövqeyi zəifdir. O, işğalçı ölkəni təmsil edir. Nə qədər ki, Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkmir, Paşinyan həmişə çətin vəziyyətə düşəcək, beynəlxalq ictimaiyyətin qarşısında xəcalət təri tökəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə