Taliban sabahdan etibarən Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı "bahar hücumları"na başlayacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat bununla bağlı iki səhifəlik açıqlama yayıb.
Açıqlamada bildirilib ki, hücumlar hərbi hissələrə, hərbi karvanlara və "Sülh Şurası"na daxil olan Əfqanıstan hökumətinin səlahiyyətlilərinə yönələcək. Əfqanıstanda olan koalisiya səlahiyyətlilərinin dünən verdiyi açıqlamada isə Talibanın güc nümayişi məqsədi ilə Əfqanıstanın yüksək rütbəli səlahiyyətlilərini hədəf alan hücumlar planlaşdırdığını qeyd edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB