“Prezidentin gördüyü çox böyük işlər böyük perspektivlər vəd edir” ÖZƏL-MÜNASİBƏT
“Qarabağ məsələsi ilə bağlı bizim əsas gözləntimiz odur ki, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi virtuallıqdan praktiki mərhələyə keçsin. Yəni, sənəddə, o cümlədən də elə Avropa ittifaqının özünün iştirakı ilə hər şey Azərbaycanın maraqlarına uyğun tərtib olunub və ən azı Paşinyan özü bu il yanvarın 16-da açıqladığı variantı oxuyanda görürük ki, birinci maddədə deyildiyi kimi, Qarabağ ətrafındakı işğal olunmuş 7 rayondan erməni hərbiçiləri, ermənilərin orada məskunlaşdırdığı adamlar çıxmalıdır.” Bu sözləri SİA-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, heç yerdə yazılmayıb ki, Dağlıq Qarabağ müstəqil olacaq, ya Dağlıq Qarabağ xalqı var, ya Dağlıq Qarabağ Ermənistana birləşir, yəni bu fikirlər heç yerdə yoxdur.
“Ölkə Prezidentinin 2017-ci il noyabrın 24-ü Avropa İttifaqının Sammitində Azərbaycanın ərazi bütövlüyünü Ukrayna, Moldova, Gürcüstanın ərazi bütövlüyünə bərabər tutdurmasından başladı. Prezdentimiz o tezisi Sammitin yekununa saldırdı. Qaldı ki, Paşinyana, vallah bizim Prezident insan adamdır və kimsə bir qeyrisi olsaydı, Cənab İlham Əliyevin yanında Paşinyanı əl meymunu kimi oynadardı. Çünki, elə Paşinyan əl meymunudur. Avropa İttifaqının videokonfransında durub ermənicə danışır, nə daşır da bilmir. Əgər əvvəlcədən hazırlaşmayıbsa, bu ayrı məsələ. Hazırlaşmayıbsa da, ən azından mikrafonu idarə etməyi bacarmalıdır. Yaxud, köməkçiləri mikrafonu idarə etməyi bacarsın, söndürsün və sonra obiri köməkçidən nə soruşacaqsa soruşsun. Yoxsa, mikrafon açıq şəkildə ermənicə danışır, oradan da Avrokomissiyanın rəhbəri deyir ki, başa düşmədik, tərcümə bizə çatmadı. Yəni, bu dərəcədə tək savadsızlığı deyil, təkcə Dağlıq Qarabağ məsələsində movqeyinin yanlışlığı deyil, noqsan bunun ümumi tərbiyəsindədir. Yenə də deyirəm, əl meymunu kimi oynanılası adamdır. Sadəcə qarşı tərəfi Cənab İlham Əliyev kimi adamdır və buna rəhm edir, yazığı gəlir.
Qaldı ki, Azərbaycan-Avropa ittifaqı münasibətlərinə, bu koronavirus dovründə Çindən bəzi şirkətlər artıq öz filiallarını, öz törəmə şirkətlərini çıxarır və bu ərəfədə dünyada Tramp, ya Putin kimi ən aktiv, üç, ya dörd lider var ki, o sırada elə Cənab Prezident ilham Əliyev dı var. Dünyanın bütün qlobal informasiya-texnologiya şirkətləri, “Microsoft” kimi şirkətlərlə danışıqlar, Cənab Prezidentin üç dəfə qlobal miqyasda videokonfransda sədrliyi, ümumiyyətlə, bütün bunlar, yəni o şirkətlərin Çindən çıxması məsələlərini ümumiləşdirdikdə biz yaxın vaxtlarda görəcəyik ki, Azərbaycan Çindən çıxan şirkətlərin Avropaya doğru düzənlənməsində, Avropaya doğru istiqamətlənməsində ən vacib rollardan birinə malikdir. Avropa-Azərbaycan münasibətlərinə hal-hazırda sadə münasibətlər sistemi kimi yanaşmaq düzgün deyil.
Ölkə Prezidentinin kursu Avropa istiqamətindədir və təsadüfi də deyil ki, Avrokomissiyanın sədri bu sammit ərəfəsində yalnız Cənab İlham Əliyevlə əlaqədə oldu. Yəni, bilirsiz ki, Şərq Tərəfdaşlığı Sammitindən əvvəl Avrokomissiyanın sədri ayrıca bizim Prezidentimizlə danışıq keçirmişdi. Yəni, Cənab Prezidentin gördüyü çox böyük işlər indikindən qat-qat böyük perspektivlər vəd edir”, deyə Mübariz Əhmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB