Mərkəzi Kanadada olan "İpsos" araşdırma şirkəti və "Reuters" xəbər agentliyinin birgə çalışması olan "İlahi varlıq, təkamül və ölümdən sonrakı həyat" adlı araşdırmada təəccüblü nəticələr ortaya çıxdı. SİA-nın xəbərinə görə, aralarında Türkiyənin də olduğu 23 ölkədə aparılan araşdırma 18 min 829 adamla görüşülərək hazırlandı. Araşdırmada Türkiyə 23 ölkə içində ən inanclı ikinci ölkə oldu. Anket nəticəsində Allaha inananların ümumi nisbəti 51 faiz olduğu müəyyən olunarkən, bu nisbət Türkiyədə 91 % oldu.

"İpsos"un məsul şəxslərindən Bobbi Daffi araşdırma ilə əlaqədar belə dedi: "Bu anket mənəvi həyatın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Ruhi bir varlığa və ölümdən sonrakı həyata inananlar üstünlük təşkil edir. Ancaq dini inancından əmin olmayanların düşünüldüyü qədər az olmadığı da diqqət çəkdi".

Araşdırmanın təəccüblü nəticələri

Birdən çox Tanrının varlığına inananların sayına görə Hindistan əhalisi 24 faiz ilə birincidir.

Ölümdən sonra nə olacağını bilmədiklərini deyənlərin nisbəti Türkiyədə 14 faizdir. İsveç isə bu siyahıda 41 faizlə ilk sıradadır.

Türkiyə anketdə reinkarnasyona (insan öləndən sonra onun ruhunun başqa bir bədəndə yenidən doğulduğunu iddia edən səfeh bir fikir) ən az inanan ölkədir.

Amerika əhalisinin 4 faizi cənnətin varlığına inanır, cəhənnəmin varlığına inanmır. Bu sorğuya cavabda isə rəyi soruşulan türklərin hamısının cənnətin də, cəhənnəmin də varlığına inandığı məlum olub.

Bu sorğu nəticəsində Allaha ən az inanan ölkənin Fransa olduğu üzə çıxıb.

Allaha ən çox inanan 10 ölkə

1.İndoneziya 93%

2.Türkiyə 91%

3. Braziliya 88%

4. C. Afrika 83%

5. Meksika 78%

6. ABŞ 70%

7. Argentina 62%

8. Hindistan 56%

9. Rusiya 56%

10. Polşa 51%

Təkamülə ən az inananların başında Səudiyyə Ərəbistanından olan respondentlər gəlir. Eyni respondentlərə bu dəfə 24 ölkədə Təkamül Nəzəriyyəsinə münasibət də soruşuldu. Türkiyə yüzdə 19-la 21-ci sıradadır.

1. İsveç 68%

2. Almaniya 65%

3. Çin 64%

4. Belçika 61%

5. Yaponiya 60%

6. Fransa 55%

7. İngiltərə 55%

8. Macarıstan 55%

9. İspaniya 53%

10. Avstraliya 51%

11. Kanada 45%

12. C. Koreya 41%

13. İtaliya 40%

14. Hindistan 39%

15. Polşa 38%

16. Argentina 37%

17. Meksika 34%

18. ABŞ 28%

19. Rusiya 26%

20. Braziliya 22%

21. Türkiyə 19%

22. C. Afrika 18%

23. İndoneziya 11%

24. S. Ərəbistanı 7%

Bütün xəbərlər Facebook səhifəmizdə