Mərakeşdə baş verən hadisədə ölənlərin sayı artmaqdadır

Mərakeşdə baş verən hadisədə ölənlərin sayı artmaqdadır
Mərakeşdə kafedə baş verən partlayış nəticəsində həlak olanların sayı durmadan artır. SİA-nın xarici mətbuata istiadən verdiyi xəbərə görə, ölənlərin sayı 16-a çatıb. Bundan əvvəl 14 nəfərin öldüyü bildirilmişdi. İspan agentliyinin məlumatına görə, hadisə zamanı 18 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Qeyd edək ki, partlayış Mərakeşin mərkəzində yerləşən məşhur kaferlərin birində baş verib. Ölənlərin arasında yerli vətəndaşlar olsa da onlardan çoxu Avropa dövlətlərinin vətəndaşı olub. Mərakeş hökümətinin verdiyi xəbərə görə, terror intiharçı terrorçu tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə