Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın seçkilər öncəsi açıqladığı "dəli layihə" ilə bağlı müzakirələr davam edir. Layihənin iqtidar ilə müxalifət arasındakı söz atışmalarında mühüm yer aldığı bir vaxtda layihənin kimlər tərəfindən həyata keçiriləcəyi barədə xəbərlər yayılıb. SİA-nın məlumatına görə, "Ria-Novosti" agentliyi "Todays Zaman"a istinad edərək Rusiya şirkətlərin layihədə yer alacağını yazıb.
Məlumata görə, baş nazir Ərdoğan İstanbul boğazındakı gəmi tıxacı problemini həll etmək üçün qəti olaraq düşündüyü layihə çərçivəsində Rusiya və İtaliya şirkətləri ilə ilkin danışıqlar aparıb. Layihənin maya dəyəri ilə 8-10 milyard dollar qiymətləndirilir. Ərdoğana verilən məlumatlara görə, layihə Türkiyənin dövlət büdcəsinə də heç bir ağırlıq gətirməyəcək. Layihəni reallaşdıracaq şirkətlər yeni boğazdakı tanker keçişlərindən əldə edəcəkləri gəlirlə buna nail olacaqlar.
Əsas hədəf layihənin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə qədər başa çatdırılmasıdır. Həm Rusiya, həm də İtaliya tərəfi bunun mümkün olacağını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB