Azərbaycan Prezidenti: "Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır"
“Bildiyiniz kimi, biz bir sıra mühüm layihələr üzərində işləyirik. Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib. Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı bildirib.
Dövlər başçısı deyib ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub: “Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir.
Hazırda biz yeni layihələr üzərində işləyirik. Mənə verilən məlumata görə, bizim portfelimizdə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var. Bütün bunlar çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, qarşıdakı illərdə əməkdaşlığımız davam edəcək. Sizin burada - Bakıdakı və mənzil-qərargahınızdakı komandanız bizim prioritetlərimizi, inkişafımız üçün prioritetlərin nədən ibarət olduğunu bilirlər. Bu, əsasən, özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə əlaqədardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sanksiyalar Rusiya üçün hələ ki, vacib gəlir mənbəyini kəsməyib...
İqtisadiyyat 19:26Ceyhun Bayramov Şimali Kiprli həmkarı ilə görüşüb
Siyasət 19:20Ölümdən sonra insanı nə gözləyir?
Sosial 19:06Regional enerji bağlantıları və yaşıl keçid müzakirə olunub
İqtisadiyyat 18:55Kapital bazarlarının iqtisadi şaxələndirmədə rolu müzakirə olunub
İqtisadiyyat 18:51Azərbaycanın regional əməkdaşlıqda rolu müzakirə edilib
Siyasət 18:18Lukaşenko Belarus qoşunlarını Rusiyaya göndərdi
Dünya 18:12Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək
Sosial 17:51“Carlsberg Group” ilə içki sənayesinin inkişafı müzakirə edilib
İqtisadiyyat 17:50“Atəşgah” Sığortanın sədri İSB Himayəçilər Şurasına üzv seçilib
İqtisadiyyat 17:47FHN tərəfindən 27 Sentyabr – Anım Günü qeyd olunub
Sosial 17:19Sənaye platformaları və azad iqtisadi zonaların rolu müzakirə olunub
İqtisadiyyat 16:27Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Siyasət 16:12İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
Siyasət 16:04Kolumbiya İranla diplomatik əlaqələrini kəsib
Dünya 15:59İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Siyasət 13:14Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"dan pay alır
İqtisadiyyat 12:44“İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayıb”
İqtisadiyyat 12:40“Dünyada qarşılıqlı asılılıq daha da artır” -N.ROUBİNİ
Siyasət 12:24Prezidentin Mətbuat Xidmətinin məlumatı
Siyasət 12:04Bu tarix əbədi yaşayacaq - MƏQALƏ
Sosial 11:40Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
İqtisadiyyat 11:10“Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib“ -MİKAYIL CABBAROV
İqtisadiyyat 10:58“Əsrin müqaviləsi” güclü əməkdaşlıq modeli formalaşdırıb -MİKAYIL CABBAROV
İqtisadiyyat 10:49Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
+100,00%
-
EUR
1,9329
+100,00%
-
GBP
2,2461
+100,00%
-
RUB
2,0000
+100,00%



