"Millətimiz, dövlətimiz və Ordumuz haqqında danışanda diqqətli olmaq lazımdır”

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və məsut baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, kifayət qədər düşmənlərimiz var: “Avropa heyranlarımız var. Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.

F.İbrahimli qeyd edib ki, deputatların sözünə istinad edib fikirlərini davam etdirənlər ola bilər: "Bu baxımdan millətin, dövlətin taleyi ilə bağlı məsələləri də kifayət qədər diqqətli olmaq lazımdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...