"İşğalçıya göstəririk ki, hərbi əməliyyatlara hazırıq” ÖZƏL-MÜNASİBƏT

"İşğalçıya göstəririk ki, hərbi əməliyyatlara hazırıq” ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə ilboyu Azərbaycan Ordusu bir neçə dəfə hərbi təlimlər keçirir. Bəzən bu hərbi təlimlər müttəfiqimiz Türkiyə ilə birgə həyata keçib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, bu hərbi təlimlərin çox böyük əhəmiyyəti var: “İşğalçı görməli və anlamalıdır ki, Azərbaycan işğalla barışmayacaq. Azərbaycan ordunun gücünü ona görə artırır ki, biz bir gün istənilən anda və istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. İşğalçı Ermənistan tərəfi bunu anlamalıdır. Azərbaycan silah və texnikanın alınmasına hər il milyardlarla dollar xərcləyir. Ermənistan bununla heç bir zaman ayaqlaşa bilməz. Çünki düşmən tərəfi bundan qorxur və çəkinir. Hərbi təlimlərin keçirilməsinin digər əhəmiyyəti ondan ibarətdir ki, biz aldığımız hərbi texnika və sursatı sınaqdan keçiririk. Təbii ki, bunu da düşmən görür və qiymətləndirməyə çalışır ki, buna qarşı necə cavab versin. Amma cavab verməyə də gücü çatmır. Ermənistan son anda Rusiyadan silah və hərbi texnika dilənir. Lakin Azərbaycan müxtəlif dövlətlərdən silahı qazandığı pulla əldə edir. Həmçinin bu hərbi təlimlər müxtəlif istiqamətlərdə həyata keçir. Bununla da biz işğalçıya göstəririk ki, istənilən istiqamətdə istənilən hərbi əməliyyatı həyata keçirməyə hazırıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə