"Hərbi-taktiki təlimlər ordunun döyüş qabiliyyətinin nümayişidir" RƏY-ÖZƏL
“Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların dalana dirəndiyi bir vaxtda Azərbaycan ordusunun ayın 18-dən 22-nə kimi keçirəcəyi hərbi-taktiki təlimlər əsasən ərazilərin işğaldan azad edilməsi planına uyğun olaraq keçirilir və Ermənistana birbaşa xəbərdarlıq xarakteri daşıyır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Təlimlərin regionda genişmiqyaslı olduğunu deyən politoloq söyləyib ki, sözügedən təlimlər müharibə oyunları müstəvisindədir və ordunun döyüş qabiliyyətinin nümayişidir”.
O qeyd edib ki, Ermənistan tərəfi faktiki danışıqlardan yayınır: “Göründüyü kimi, danışıqlar prosesində heç bir irəlləyiş yoxdur. Hətta erməni tərəfi masada olan həll variantlarını inkar edir. Ermənistanda daxili siyasi vəziyyətin mürəkkəb olması, Moskvanın regional maraqları İrəvanın danışıqlardan yayınmaq kursu götürməsinə gətirib çıxarır”.
M.Əsədullzadə vurğulayıb ki, mününaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbələrdən aslıdır: “ATƏT-ın Minsk qrupu özünü tükədib və formal xarakter daşıyır. Ona görə, nünaqişənin həlli yalnız Azərbaycanın siyasi iradəsini ortaya qoyub, işğalçıya güclü zərbələrdən aslıdır. Atəşkəs rejimindən 26 il keçir və bu müddət ərzində ordumuz da güclənib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB