"Son həbslər göstərir ki, nə qədər yerində olmayan məmurlar var" ÖZƏL-MÜNASİBƏT
"Məmurların korrupsiya və rüşvətxorluğa meyilliyi təkcə bizdə deyil. Ümumiyyətlə ən sivil dövlətlərdə, ən inkişaf etmiş ölkələrdə belə məmurlar bəzən olur ki, rüşvətə və korrupsiyaya meyilli olurlar. Bu kimi faktlar ABŞ-da, İngiltərədə, Almaniyada və s. ölkələrdə vardır. Nə qədər insan faktoru varsa təbii ki, bu cür hallar mümkündür. Amma təbii ki, bu kimi hallarla bağlı mübarizə də hər zaman olub". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
"Azərbaycanda ölkə başçımız tərəfindən korrupsiyanın qarşısının alınması, rüşvətxorluqla mübarizə istiqamətində hər zaman işlər görülüb, müvafiq qanunvericilik bazası təkmilləşdirilib və s. Yəni Azərbaycan ən yüksək səviyyədə ölkənin birinci şəxsinin timsalında korrupsiya və rüşvətxorluqla bağlı mübarizə aparıb. Bununla bağlı mübarizə aparılması ölkə rəhbərinin hər zaman çıxışlarında yer alıb. Dövlət başçımız məmurlara hər zaman qəti şəkildə tapşırır, tövsiyyə edir və onları vəzifəyə təyin edərkən belə qarşılarında şərt olaraq qoyulur ki, vətəndaşlara xidmət edin və onların qulluğunda dayanın. Amma təəssüflər olsun ki, bu kimi hallar istisna deyil. Azərbaycanda da bu istiqamətdə son həbslər göstərir ki, nə qədər yerində olmayan məmurlar var. Bu bir daha onu göstərir ki, əslində dövlət nə qədər mübarizə aparırsa belə bu yenə də yetərli deyil. Burada insanların da məmurlar üzərində ictimai nəzarəti həyata keçirməsinə ehtiyac var. Vətəndaş cəmiyyəti institutlarının mərkəzi, yerli, icra hakimiyyəti, aidiyyati qurumlar üzərində nəzarəti reallaşdırılmasına ehtiyac var. Prezident bu istiqamətdə hər zaman çağırışlarında bildirir və insanlara səslənir ki, “mən sizə güvənirəm və sizə arxalanıram”-deyə, İ.Orucov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB