Zaman və müddət heç nəyi dəyişməyib

Zaman və müddət heç nəyi dəyişməyib

Dağıdıcı düşərgədə qarşıdurmalar çox düyünləri açdı

Abırsızın abırı olmaz Bu aksiomadır. Ancaq qəribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Və ən gülünc doğuranı da odur ki, epidemiyanın tuğyan etdiyi məqamda sosial şəbəkələrdən çağırışlar edən bu abırsızlar başlayıblar satqın axtarışına. Bu o adamlardır ki, daim demokratiyadan, haqq və ədalət uğrunda sivil siyasi mübarizə aparmalarından pafoslu şəkildə danışan, özünü tərifləyən radikal müxalifət düşərgəsinin "ana", "ata" müxalifəti sayanlar görəsən satqını başqa yerdə niyə axtarır?. Elə satqın toplusu özləri deyilmi?. AXCP-dən tutmuş Müsavata, "REAL"-a, hətta "Osmanqızı" və "Azərbaycan saatı" kanallarına kimi, yalan danışdıqları qədər də satqın deyillərmi? ictimai rəyi zəhərlənmədən qorumaq üçün onların ifşası mütləqləşir. Bu mənada, müxalifət düşərgəsində qarşılıqlı saldırmalar o qədər geniş və çoxşaxəlidir ki, məsələ sistemli bir yanaşma tələb edir. Ona görə də, çalışacam ki, bütün detalları diqqətinizə çatdırım.

İsmayıl Cəlilov: "AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan cinayətkarlar sürüsüdür"

30 ilə yaxındır ki, hakimiyyətə gəlmək eşqi ilə yaşayan, bunun üçün istənilən addımı atmağa hazır olan, yeri gələndə ermənilərlə belə əməkdaşlıq etməkdən çəkinməyən AXCP sədri Əli Kərimli qarşısına qoyduğu məqsəd və vəzifələri reallaşdıra bilmədikcə daha təhlükəli olmağa başlayır. AXCP sədri indi o qədər də təhlükəli olub ki, hətta yaxın ətrafına da hücum etmək, onlara zərər yetirməkdən belə çəkinmir. Görünür zaman və müddət heç nəyi dəyişməyib. Elə götürək Əbülfəz Elçibəydən bu tərəfə kimlərə xəyanət etməyib Əli Kərimli? Əslində baş verənlər Kərimlinin əsl simasıdır – satan və satılan, xəyanətkar, cinayətkar, iblisxislətli şeytan…

Elə bu günlərdə Avropada mühacir həyatı yaşayan İsmayil Cəlilovun sosial şəbəkələr, youtube üzərindən Kərimliyə ünvanladığı suallar, eyni zamanda ittiham və haqlı iradlar da açılmayan düyünlərin açılmasına səbə olub. İsmayil Cəlilov bildirir ki, AXCP sədri özü heç bir səlahiyyət və vəzifə sahibi olmadan demokratik prinsiplərə qarşı çıxır, demokratiyanın əsas göstəricilərindən biri sayılan fikir, söz azadlığına qarşı çıxır, müstəqil medianın inkişafına mane olur: "Çünki müstəqil media Kərimlinin saxtakarlıqlarını, hakimiyyətlə mübarizənin dövlətçiliklə mübarizə ilə qarışdırmasını, eləcə də digər mənfi tendensiyaları açıb ortaya qoyur, Kərimlidən bütün bunlara görə cavab verməyi tələb edir. İ.Cəlilov bildirir ki, Əli Kərimlinin uğursuz fəaliyyəti barədə müzakirəyə görə AXCP sədrinin trollarının facebook üzərindən zərbələri ilə üzləşib. Bu gözləniləndir. Çünki AXCP sədri Əli Kərimli onun "izolyasiya oyunları"nı ifşa edən və ümumilikdə cəbhə ilə məzələnən müxalifətçiləri ənənəvi formada "cəzalandırmaq" tapşırığı verməsi təəcübli deyil. Çünki AXCP sədri bilir ki, nə dağıdıcı düşərgədə, nə də cəmiyyətdə bir heçdir. Belə olan məqamda Əli Kərimli ona qarşı çıxanlara qarşı hücum tapşırığı ilə "varlığını" nümayiş etdirmək istəyir. İsmayıl Cəlilov Əli Kərimlinin söyüş söyəninə cavb olaraq bildirib ki, "eşşək anqırar tayını tapar" boş yerə deməyiblər... Deyirəm ki Kərimli utanmırmı? Görün ətrafında kimlər var. Mənə yazır məsləhət görürlər ki, bu mundarlarla işin olmasın. Başa düşürəm. Amma bilirsiz niyə paylaşıram? Əli Kərimlinin yan-yörəsində kimlər var, biləsiz deyə. Bunlar hamısı, hər birisi düşük cinayətkarlardır...".

Mövqeyini satan indi nəyi satışa çıxarır?

İ.Cəlilov onu da bildirib ki, tənqiddən qorxan Əli Kərimlinin “demokrat” ideyalarına tüpürmək belə istəmirəm: "Onlar hətta söyüşləri belə, səhvlə yazan bisavad sürüdür. Bu adamlar məzarlığa çevrilmiş radikal müxalifətdə özlərini “lider” sayan uğursuzlar toplusudur. Onlar hirsli, ambisiyalı, kinli və həqiqəti ən müxtəlif formalı yalanlardan ucuz tutan satqınlardır. Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. AXCP sədri Əli Kərimli də siyasətimizin “ölü can”larından biri, kənar güclərin əlində marionetdir. AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan sürüdür".

Total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir

İ.Cəlilov bildirib ki, Əli Kərimli "Əlinin papağını Vəlinin başına qoyaraq papaqsız qaldıqlarının fərqinə varmayaraq az qala kafe-şantan məzhəkəsi yaradırlar: "AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla “mübariz”, “siyasi məhbus” elan etməyə həmişə hazırdır. Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrinin volüntarist kursundan fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub. AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir. Bir məqamı da deyim ki, Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub. Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe. Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın…".

Göründüyü kimi, bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə