"Bu cinayətə qol qoyan ölkə tək Ermənistandır" ÖZƏL-MÖVQE

"Bu cinayətə qol qoyan ölkə tək Ermənistandır" ÖZƏL-MÖVQE

"MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında maraqlı hadisə baş verib. Maraqlı olan Ermənistanın XİN başçısı Mnasakanyanın məruzəsində faşizmin əbədiləşdirilməsinə münasibətlə bağlıdır". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Hamı bilir ki, dünya rəyinə saymaz şəkildə bu cinayətə qol qoyan ölkə tək Ermənistandır. Njde və Kanoyan kimi faşist əlaltılarına heykəllər qoyub və sair.

Mnasakanyan fərqli mövqe (?) göstərib. O deyib ki, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi və faşist dövlətin yaranma təhlükəsi barədə bilgilər bizi FAŞİZMİN ƏBƏDİLƏŞDİRİLMƏSİNƏ, aqressiv millətçilik və ksenofobiyaya qarşı birgə səylərlə mübarizə aparmağa sövq edir.

Adam nə danışır? 75 il əvvəl Hitlerə satılmış xain Njdeyə İrəvanın ortasında 6 metrlik heykəl qoyulduğunu və bununla da faşistin əbədiləşdirildiyini dünyada bilməyən yoxdur. Bir nüfuzlu beynəlxalq konfransda Prezident İlham Əliyev bu bəşəri cinayət himayədarlığını Paşinyanın gözünün içinə dedi. Baş nazir nəticə çıxarmadı və faşistin heykəlini öz atasından artıq sevməkdə davam edir. Nə baş verir? Mnasakanyan Paşinyana qarşı, ya yeni erməni oyunu..."-deyə, A.Quliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə