"Ən qatı cinayətləri törədənlər də məhz SS-çilər olub" AÇIQLAMA - ÖZƏL

"Ən qatı cinayətləri törədənlər də məhz SS-çilər olub" AÇIQLAMA - ÖZƏL

“Ermənistan baş nazirinin babası Nikol Paşinyanın faşistlərə xidməti etməsi ilə bağlı faktların aşkarlanması bir daha sübut edir ki, hələ o vaxtlardan ermənilərin əksəriyyəti faşizm rejiminin silahdaşı və tərəfdarı olublar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bu, eyni zamanda, onu göstərir ki, bu ideologiya Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğatdır: “Biz bu təbliğin motivlərini indi də açıq şəkildə görürük. Ermənistan və Azərbaycanı, sadəcə, bir-iki faktla müqayisə etsək, sadəcə, onu demək kifayətdir ki, Azərbaycanın böyük zəfərdə əvəzsiz payı var. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən də pislənilib”.

Ş.Həsənova vurğulayıb ki, ümumiyyətlə faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir: “Nəzərə alaq ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. O zaman bu fakt onu da sübut edir ki, belə ideologiyaya xidmət edən bir xalq faşizm cinayətlərini Azərbaycanlılara qarşı yenidən təkrar edib. İşğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı amansız divan tutub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə