"Prezident şəxsi nümunəsini hər bir şəxs üçün daim misal göstərir" ÖZƏL-MÜNASİBƏT

"Prezident şəxsi nümunəsini hər bir şəxs üçün daim misal göstərir" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin çıxışlarını təhlil edərkən, onun dövlət işində çalışan məmurlara tövsiyyələrinə nəzər yetirərkən biz hər dəfə çox aydın şəkildə bir neçə məqama xüsusi olaraq diqqət yetirməliyik”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

“Birincisi, vətəndaşın müraciəti diqqətsiz qalmamalıdır. Təmas gündəlik olmalıdır, ünsiyyət, yaxınlıq və operativlik dövlətçiliyin qorunması, dövlətçiliyin möhkəmlənməsi həmin sahənin inkişaf etməsi üçün çox vacibdir. Bugünkü gündə cənab Prezidentin istəyi, tələbi və məmurlar qarşısında qoyduğu ayrı-ayrı sahələrin üzvləri ilə görüş zamanı tapşırıqları da ondan ibarətdir ki, hər şey vətəndaş üçündür. Dövlət başçısı şəxsi nümunəsini hər bir şəxs, məmur üçün daim misal göstərir. Bu da həmin sahəyə verilmiş qiymətləndirmənin və həmin sahəyə olan münasibətin həm də vətəndaş razılığının, müraciətinin operativ həllinə yönəlmiş bir addımdır. Hazırda bu siyasət birmənalı olaraq davam edir. Ümummilli Liderimiz tərəfindən Azərbaycanımız, vətəndaşımız, dövlətçiliyimiz üçün qoyulmuş bu təməl cənab Prezident tərəfindən də tapşırıq olaraq verilir və yüksək qiymətləndirilir”, - deyə, R.Abbasov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə