Rüşvətxorluğa qarşı mübarizənin məsuliyyətini bir insanın üzərinə yükləmək olmaz - MÖVQE ÖZƏL
“Korrupsiya ilə mübarizə məsələləri Azərbaycanda çoxdan qaldırılıb. Cənab Prezident tərəfindən karrupsiya haqqında dövlət proqramı da qəbul olunub. Təəssüf ki, onu həyata keçirən orqanların bu və ya digər formada korrupsiya ilə bağlılıqları var. Bunu etiraf etmək lazımdır. Cənab Prezidentin də qeyd etdiyi kimi xüsusilə təyinatlar məsələsində rüşvət alaraq qeyri-peşəkarları təyin edirlər. Təbii ki, o cür vəzfəyə gələnlər də əlbəttə, rüşvət yığmaqla məşğul olacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ən çox dövlətlə xalq arasında uçurumu yaradan rayon icra hakimiyyətinin rəhbərləridir: “Rayon icra hakimlərinin təyinatına məsuliyyəti kim daşıyırsa, bu məsələ barədə onlar cavab verməlidir. Qohumluq, tanışlıq məsələləri üzərində təcrübəsiz insanlara vəzifə veriblər. Rayonların əksəriyyətində vəziyyət acınacaqlıdır. Rayonlar DTX-nın qara maskalılarını gözləyirlər. Bu hal heç də yaxşı şey deyil. Cənab Prezident də bu nüansı qeyd edib. Bu məsələ ilə əlaqədar Azərbaycan mediası nə qədər yazır, amma icrasını müvafiq orqanlar etməlidir”.
Politoloq bildirib ki, qanunların icrasına nəzarət birbaşa prokurorluq, ədliyyə orqanları birmənalı şəkildə məsuliyyət daşıyır: “Faciə ondadır ki, hüquq-mühafizə orqanları əksər rayonlarda dövlətin yox, öz şəxsi mənafelərini güdürlər. Ona görə də çox acınacaqlı bir vəziyyət yaranıb. Kimlər ki, cənab Prezidentin irəli sürdüyü ictimai qınağı gündəmə gətirmək istəyirlər, həmin şəxsləri onlar tezliklə axtarıb tapır və onları hər hansı şəkildə zərərsizləşdirirlər”.
C.Nuriyev vurğulayıb ki, bəzi məmurlar rüşvətin şeytana belə məlum olmayan formalarını fikirləşib tapıblar: “Onlar o ağıllarını onlara etimad göstərən cənab Prezidentin tapşırıqlarını yerinə yetirməyə yönəltsəydilər, Azərbaycanda hazırda tamamilə başqa bir vəziyyət idi. Təkcə cənab Prezidentlə, Mehriban xanımla bu məsələnin tam şəkildə öz həllini tapması mümkün deyil. Xüsusilə rayonlara peşəkarlar göndərilməlidir. Vəzifəyə təyin edilmiş yeni Prokurorun da işi çox çətindir. Kamran Əliyev hüquq sahəsində çox peşəkardır. Amma bir məsələ var ki, onun tək gücü çatacaqmı? Çünki Azərbaycanda rüşvət alan məmurlar yetəri qədərdir. Bu şəxslərə qarşı artıq cənab Prezident müharibə elan edib. Bu işin məsuliyyətini isə tək bir insanın üzərinə yükləmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB