"Hər bir şəxs Nazirlər Kabinetinin tələblərinə əməl etməyə borcludur" ÖZƏL-MÜNASİBƏT

"Hər bir şəxs Nazirlər Kabinetinin tələblərinə əməl etməyə borcludur" ÖZƏL-MÜNASİBƏT

"Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyəti gündəlik təhlil edir və düzgün qərarlar qəbul edir. Məhz bunun nəticəsidir ki, ölkədə xüsusi karantin rejimi tətbiq edilərək məhdudiyyətlər təbiq olundu. Ona görə də biz pandemiya üzərində qələbəyə doğru irəliləyirik". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Operativ Qəragah ümumi vəziyyətlə əlaqədar xüsusi karantin rejimində yumşalmalar edir, bir çox məhdudiyyətlər aradan qaldırılır: "Amma gigiyenik tələblərə riayət olunması və sosial məsafənin gözlənilməsi hər bir sahədə gözlənilməlidir. Yumşalma tədbirlərinin icrası o anlamına gətirməməlidir ki, pandemiya ilə bağlı təhlükə sovuşmuşdur. Qısa olaraq yaxın qonşu ölkələrdəki vəziyyətə nəzər salsaq görərik ki, COVİD-19-un yayılması azalmayıb. Bizim ölkəmizdə uğurlu nəticələrə nail olmağımızın əsasında vaxtında atılan addımlar dayanır. Təhlükə heç də sovuşmayıb. Əgər biz qayda və tələblərə əməl etməsək əksinə olaraq yenidən daha çox təhlükəli vəziyyətlə üzləşəcəyik. Ona görə də Nazirlər Kabinetin tələblərinə hər bir şəxs təhlükə tam sovuşana qədər əməl etməyə borcludur. Biz birlikdə güclüyük!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə