Vətəndaşların Cənab Prezidentə təşəkkür məktubları təkcə indi gəlməyə başlamayıb və biz onun bütün fəaliyyəti dövründə görmüşük ki, ayrı-ayrı kateqoriyadan olan vətəndaşlarımız bu və ya digər məsələlərlə bağlı Cənab Prezidentə, onun həyata keçirdiyi siyasətə öz minnətdarlıqlarını bildiriblər. Bu sözləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.
Politoloq qeyd edib ki, vətəndaşlar belə təşəkkür məktublarını yazılı şəkildə də ifadə ediblər. “President.az saytına baxsaq belə məktublara, təşəkkür məktublarına, yeni-yeni məktublara hər zaman rast gəlmək mümkündür. Amma indi, bu koronavirusla bağlı karantin dövründə bu məktubların bir qədər də intensivləşməsi, çoxalması təbii ki, əlavə olaraq Cənab Prezidentə təşəkkür etmək istəyindən irəli gəlir. Niyə, ona görə ki, dünyanı bürümüş bu virus Amerika Birləşmiş Ştatları başda olmaqla ən aparıcı ölkələrdə hər gün minlərlə insanın ölümünə səbəb olub və bu minlərlə insanın ölümünün qarşısını almaqda o cür güclü ölkələr, dövlətlər acizdirlər və faktiki olaraq heç nə edə bilmirlər. Amma Azərbaycanda vəziyyət müqaisədə əlbəttə ki, olduqca qənaətbəxşdir. Yəni, gündə bir neçə nəfər yoluxma faktları qeydə alınır, ölüm faktları bəzən olur, bəzən olmur. Ümumilikdə bizdə 21 nəfərin ölüm hadisəsi baş verib bu vaxta qədər. Təbii ki, vətəndaşlarımız da bunu görür, qiymətləndirir və belə bir durumun, qənaətbəxş durumun olmasının əsl səbəbkarı, əsl öndəri kimi də təbii ki, Cənab Prezidenti görürlər. Ona görə də insanlarımız dünya ilə Azərbaycanı müqaisə edir, bu ölkədə görülən işləri müqaisə edir və Cənab Prezidentə əlavə təşəkkür etmə zərurəti duyurlar", deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB