Gəncədə hüquq-mühafizə orqanı əməkdaşları üçün seminarlar başlayıb
Gəncə şəhərində "İnsan alveri və məcburi əməyə" dair hüquq-mühafizə əməkdaşları üçün seminarlar başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, treninqlərdə ATƏT-in Bakı ofisi, Beynəlxalq Miqrasiya Təşkilatı və Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Gəncə, Goranboy, Şəmkir rayonlarından olan hüquq-mühafizə orqanı əməkdaşları qatılıb. Bildirilib ki, belə tədbirlərin təşkili insan alverinin qarşısının alınmasına, bu proseslərdə iştirak edənlərin və onların yardımçılarının məsuliyyətə cəlb olunması, eləcə də bu cinayətlərin qurbanlarının müdafiəsini ehtiva edir.
Rəsmi məlumatlara görə ölkədə 2010-cu ildə insan alveri faktı ilə bağlı 70 cinayət işi açılıb. Bunlardan 39 nəfəri cinayətə cəlb edilib, 34 nəfər isə bu cinayətlərin qurbanı olub. Aparılan qabaqlayıcı tədbirlər nəticəsində insan alveri ilə üzləşən insanların sayında azalma müşahidə olunur. Belə ki, əgər 2009-cu ildə sözügedən cinayətlərin sayı 91 fakt təşkil edibsə, 2010-cu ildə bu rəqəm 70-ə enib. Analoji seminarların Gəncədən sonra Naxçıvanda təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB