Avropa Birliyinin ekspertləri Gənclər üçün Təhsil Mərkəzini akkreditasiya ediblər

Avropa Birliyinin ekspertləri Gənclər üçün Təhsil Mərkəzini akkreditasiya ediblər

Bu gün Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramının 2 eksperti Anna Slavçeva və Qiorqi Kikalişvili Gənclər üçün Təhsil Mərkəzində olublar.
Mərkəzdən SİA-ya verilən xəbərə görə, ekspertlərin səfərlərinin əsas məqsədi Azərbaycanda bir neçə gənclər təşkilatının, eləcə də Gənclər üçün Təhsil Mərkəzinin Avropa Birliyi tərəfindən göndərilən gənc könüllüləri qəbul etmək imkanlarını yoxlamaq və dəyərləndirmək idi.


Mərkəzin proqram rəhbəri Rasim Ağayev qonaqları ilk növbədə işçi heyətlə və Mərkəzin ofisi ilə yaxından tanış etmiş, onlara təşkilat haqqında geniş məlumat verib.


Mərkəzin əvvəlki təcrübəsini nəzərə alaraq, ekspertlər təşkilatın Avropalı könüllüləri qəbul etmək imkanları ilə əlaqəli məsələləri araşdırmış, zəruri suallarına cavablar almış, könüllülərin işləyəcəyi yerlərlə tanış olublar.


Mərkəzi akkreditasiya etmək üçün səfərdə olan ekspertlər təşkilatın potensialını yüksək dəyərləndirmiş və əməkdaşlığın zəruri olduğunu qeyd ediblər.

Qeyd edək ki, Mərkəz 2007-ci ildən Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramı, xüsusilə də Avropa Könüllü Xidməti ilə sıx əməkdaşlıq edir.

Mərkəzin bu proqramlarla əməkdaşlıq etməyində məqsəd Azərbaycanın beynəlxalq gənclik layihələrində təmsil olunma imkanlarının genişləndirilməsi və ölkəmizin əcnəbi gənclərə daha yaxından tanıdılmasını təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə